SON XƏBƏRLƏR

ABŞ dünya müharibəsi barədə xəbərdar edir

2021.10.20, 07:36
ABŞ dünya müharibəsi barədə xəbərdar edir

Gunaz.tv
ABŞ dünya müharibəsi barədə xəbərdar edir Liderlik yarışının dramatizmi ABŞ kəşfiyyatının başçısı noyabr ayının 1-də Naşvilldə kəşfiyyat məsələlərinə həsr edilmiş tədbirdə çıxış edərkən tükürpədici fikirlər söyləyib. Bəzi hərbi analitiklər burada Amerikada seçkiqabağı dəbdə olan seçiciləri qorxutmaq taktikasının olduğunu istisna etmirlər. Yəni təhlükəsizlik faktorunu qabardaraq seçiciləri xarici təhlükəyə qarşı birləşməyə çağırır və bununla daxili problemlərdən diqqəti yayındırmağa cəhd edirlər. Biz bunun kobud nümunəsini Rusiyadakı seçkilərdə daha yaxşı görmüşük və yenilik sayıla bilməz. ABŞ kəşfiyyatının şefi Maykl Makkonellin də konkret hansı hədəflərə daş atdığını müəyyənləşdirə bilmərik. Lakin onun fikirlərinin bəzi məntiqi və elmi tərəfləri var ki, adi vətəndaş üçün maraq doğurur. M.Makkonell daha çox Çinin inkişafı məsələsini qabardır. Bu inkişafı qlobal miqyasda təsir edə bilən amil kimi təqdim edir. O prizmada Amerikanın dünya maraqlarına yanaşır və həmin aspektdə də ABŞ-a ola biləcək təhlükələrdən danışır. M.Makkonell ehtiyat edir ki, Çinin, Rusiyanın və Hindistanın supergüclərə çevrilməsi Amerikanın dünya lideri statusunu əlindən ala bilər. Həm də burada əsas mübarizə hərbi yolla ərazi işğalı ətrafında getməyəcək. Görün, M.Makkonell nə deyir: “Strateji rəqabət, çox güman ki, ticarət, demoqrafik tendensiyalar, təbii ehtiyatlara, sərmayələrə və texnoloji yeniliklərə sahib olma ətrafında gedəcək. Texnoloji üstünlüyə diqtə etmənin açar elementi keyfiyyətində sahib olma uğrunda mübarizə gedəcək”. Bu qiymətləndirmə müasir elmi təhlillər və proqnozlarla təsdiq olunur. M.Makkonellin sadaladığı faktorlar yaxın stratejidə bəşəriyyətin əsas yeniləşmə dinamikasının təşkilediciləri olacaq. Burada hərbi silahla məhvetməni insan beyni və qəlbi uğrunda savaş əvəz edəcək. Çünki sadalanan faktorların hamısının pərdəarxasında məhz insan amili durur. Amerikanin təhlükəsizliyinə də kəşfiyyat bu strateji sahədə geridə qalmanı qorxu hesab edir. Əsas məqam odur ki, həmin faktolar artıq var-dövlətin ABŞ-dan Şərqə axınının vacib tənzimləyicisinə çevrilib. Nəticədə Çinin 2025-ci ildə öz iqtisadi gücünə görə dünyada ikinci yerə çıxması gözlənilir. Rusiya və Hindistan onu yaxından təqib edəcək. Rusiyalı hərbi ekspertlər Amerika kəşfiyyatı başçısının bu fikirlərinə bir qədər konkretliklər gətirirlər. Onlar deyirlər ki, söhbət Çinin dünyanı insan, siyasi təsir və milli dövlətlərdəki rejimlərə nəzarətdə liderliyi ələ almasından gedir. Və bu proses də Şimal və Qərb istiqamətində yox, əsasən Cənub-Şərq istiqamətində gedəcək. Bu fikirləri də rusların vicdanına buraxırıq. Bizim üçün maraqlı olanı başqa incəliklərə bağlıdır. Yəni özünü böyük sayan bəzi dövlətlər hələ də tarixdən dərs almaq istəmirlər. Amerikanlar üçün təhlükə liderliyi Çinə qapdırmaqdan ibarətdir, ancaq bunu nədənsə bütün dünyaya olan təhlükə kimi qələmə verirlər. Azərbaycanlıların bir yaxşı misalı var: “Bundan bizə nə?”. Doğrudan da, əgər məsələ bir lider dövləti bütün inkişaf göstəricilərinə görə digəri əvəz edəcəksə, bu nə üçün dünyaya təhlükə olur? ABŞ liderliyi əldən verməmək üçün müharibə çıxarmaq və ya müxtəlif sosial silkələnmələr törədib, Çinə mane olmaq istəyirsə, əsas təhlükə budur. Yarış varsa, burada elm, texnologiya, ideologiya üstünlük qazanırsa, kim güclüdür, o da qalib gələcək. Amerika nə üçün öz marağına görə dünyanı bada verməyi bütün bəşəriyyətin problemi səviyyəsinə qaldırır? Sonra, ruslar da özlərini qorumaq prizmasından məsələyə baxmaqdadırlar. Yəni Çin əsasən cənub dövlətlərini təsir altına alacaqlar, Rusiyaya tərəf gəlməyəcəklər. Bu da özünü aldatmaqdan başqa bir şey deyil. Əgər inkişaf varsa, o, bütün dünyaya yayılmağa can atır. Bunlar Çinin mələk qiyafəsində olması üçün deyil. Əksinə, hələ də dünyaya ağalıq etməyin müxtəlif yollarını arayanların mövcudluğundan söhbət gedir. Yaponlar isə 16 il əvvəl ölmüş siçanın hüceyrəsini dirildərək yeni siçan alıblar. Belə sürprizlərin olduğu bir zamanda hansı liderlikdən danışmaq olar? Məsələn, Bin Ladenin hüceyrəsini 16 ildən sonra klonlaşdırıb, onu ABŞ-da peyda etsələr, nələr olacaq? Ona görə də bu qədər ciddi mövzuda belə istehzasız keçinmək olmur. Biz insanlar niyə bir sadə həqiqəti dərk etmirik: dünya Allahındır və insan nə qədər ki, ona tam sahib olmaq istəyəcək yarışdan, savaşdan, qibtədən, birbirini məhv etməkdən başqa bir şeyə nail ola bilməyəcək. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar