SON XƏBƏRLƏR

Fars rejimi kürd jurnallarının nəşrinə yardım göstərir

2021.10.20, 07:36
Fars rejimi kürd jurnallarının nəşrinə yardım göstərir

Gunaz.tv
Fars rejimi kürd jurnallarının nəşrinə yardım göstərir tehran2.jpg Əvəzində Azərbaycan türkcəsində nəşr olunan dərgilər qapadılır Son günlərdə fars şovinist rejimi Azərbaycan türkcəsində nəşr olunan dərgiləri qapadır. Belə ki, Güney Azərbaycanın Zəncan şəhərində "Kimlik və "Yoldaş" jurnalları bağlandıqdan sonar demək olar Azərbaycan türkcəsində çap olunan bütün dərgilər bağlanmaq məcburiyyətində qalıb. "BayBak"ın məlumatına görə, hazırda Azərbaycan türklərinin yalnız fars dilində nəşr etdirdiyi jurnalların nəşrinə imkan verilir. Turqut Azərbaycan türkcəsində nəşrə icazə verməyən fars şovinist rejimi son günlərdə kürd dilində yayılan "Rojelat" dərgisinin yenidən çapına şərait yaradıb. Bu dərgi kürd dilində buraxılır və üç il öncə İranda hakimiyyət əleyhinə çalışdığına görə qapadılmışdı. Bu dərgi kürdlük və kürd millətinin birləşməsinə çalışır. Dərgi xüsusilə Güney Azərbaycanın qərb bölgələrində və Kürdüstan əyalətinin inzibati ərazisinə daxil edilmiş Azərbaycan şəhərlərində daha geniş şəkildə yayılmaqdadır. Hətta jurnalın paylanmasına İranın məmurları yardım edirlər. Qeyd edək ki, son zamanlarda fars şovinistləri Güney Azərbaycanda kürd problemini daha da qabartmaq üçün onlara bəzi şeyləri güzəştlərə getməli olublar. Kürdlərin ətrafa yayılmasına, terrorçuluğuna və qaçaqmalçılığına bilərək göz yuman fars şovinistləri son günlərdə kürd mədəniyyətinin tanıtdırılması üçün müəyyən işlər görməyə də başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar