SON XƏBƏRLƏR

Ərdəbildə xərçəng xəstəliyi epidemiyaya çevrilir

2021.10.20, 07:36
Ərdəbildə xərçəng xəstəliyi epidemiyaya çevrilir

Gunaz.tv
Ərdəbildə xərçəng xəstəliyi epidemiyaya çevrilir Güney Azərbaycanın Ərdəbil vilayətində xərçəng xəstəliyi tüğyan edir. Fars şovinist rejimi isə belə bir təhlükəli xəstəliyin yayılmasının qarşısını almaq istəmir. Uzun illərdir Güney Azərbaycanın Ərdəbil bölgəsində gizli nüvə sınaqları həyata keçirən, nüvə tullantılarını əyalətin dağlıq bölgələrində basdıran və savadsız kəndlilərdən sınaq məqsədilə istifadə edən fars şovinist rejiminin buna göz yumması Azərbaycan türklərini məhv etmək istəyindən doğur. Bununla bağlı beynəlxalq səhiyyə təşkilalatlarının rəsmiləri bölgəyə səfər etməli və fars şovinistlərinin insanlığa qarşı olan işlərinə son qoyulmalıdır. Özü də İran rəsmiləri bu gizli planı daha çox saxlaya bilməyərək məcburi şəkildə qısa xəbərlərdə problemə işarə edirlər. Son günlərdə fars xəbər agentlikləri belə bir xəbər yayıblar ki, Ərdəbil İranda mədə və boğaz xərçənginə yoluxmaqda birinci yerdədir. Son illərdə bölgənin yeraltı sularının nüvə tullantılarıyla çirklənməsi və dağlarda gizli sınaqların həyata keçirilməsinə istinad edərək, bütün dünya ictimaiyyəti Güney Azərbaycanda xərçəng epidemiyasının yayılmasının qarşısını almaq üçün bir an əvvəl iş başlamalıdır.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar