SON XƏBƏRLƏR

Türk Dövlətlərinin Beynəlxalq Avrasiya Təhsil İşçilərinin Həmkarlar İttifaqları Birliyinin 3-cü forumu başa çatıb

2021.10.20, 07:36
Türk Dövlətlərinin Beynəlxalq Avrasiya Təhsil İşçilərinin Həmkarlar İttifaqları Birliyinin 3-cü forumu başa çatıb

Gunaz.tv
Türkdilli Dövlətlərin Beynəlxalq Avrasiya Təhsil İşçilərinin Həmkarlar İttifaqları Birliyinin 3-cü forumu başa çatıb baki1111.jpg Forumun sonunda qətnamə qəbul edilib Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təmsil olunduğu Türkdilli Dövlətlərin Beynəlxalq Avrasiya Təhsil İşçilərinin Həmkarlar İttifaqları Birliyinin 3-cü forumu bu gün başa çatıb. Forumun sonunda türkdilli dövlətlərin həmkarları 7 bənddən ibarət qətnamə qəbul edib. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi zamanı 130 mindən artıq şagirdin, 20 mindən artıq müəllimin pozulmuş hüquqlarının bərpası tələb olunur. Bundan başqa qətnamədə göstərilir ki, türkdilli dövlətlərin təhsil üzrə həmkarlar ittifaqlarının əməkdaşlığı gücləndirilsin, təhsil işçilərinin problemləri daim diqqətdə saxlanılsın. Qətnamədə həmçinin türkdilli dövlətlərin təhsil işçilərinin ortaq layihələr, kitablar, dərsliklər üzərində işləməsi ilə bağlı da müddəa əksini tapıb./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar