SON XƏBƏRLƏR

Amerika prezidentlərin Moskva görüşündən razıdır

2021.10.20, 07:36
Amerika prezidentlərin Moskva görüşündən razıdır

Gunaz.tv
Amerika prezidentlərin Moskva görüşündən razıdır ag-ev.jpg Ağ ev müzakirələrin Əsas Prinsiplər çərçivəsində davam edəcəyinə ümid bəsləyir Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərinin Moskvadakı görüşündən razıdır. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi Mark Toner bildirib ki, ABŞ Dağlıq Qarabağla bağlı müzakirələrin Əsas Prinsiplər çərçivəsində davam edəcəyinə ümid bəsləyir. O, deyib: “Biz, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları davam etdirmək öhdəliklərindən məmnunuq. Minsk qrupunun həmsədrləri sentyabrda BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda, bu həftənin sonunda isə Moskvada görüşüblər. Ümid edirik ki, münaqişənin dinc yolla həlli üçün bu müzakirələri Əsas Prinsiplər çərçivəsində davam etdirəcəyik”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar