SON XƏBƏRLƏR

DİNİ RƏHBƏR YENİ SİLAH HAZIRLAMAĞI TAPŞIRIB

2021.10.20, 07:36
DİNİ RƏHBƏR YENİ SİLAH HAZIRLAMAĞI TAPŞIRIB

Gunaz.tv
DİNİ RƏHBƏR YENİ SİLAH HAZIRLAMAĞI TAPŞIRIB musevi.jpg İranın dini rəhbəri ayətullah Əli Xamneyi mütəxəssislərə göstəriş verib ki, yeni müdafiə silahlarının istehsal olunması üçün işə başlasınlar. Bunu İran ordusu baş komandanının müavini, general Əbdülrəhim Musəvi açıqlayıb. «Media forum» saytının məlumatına görə, Ə.Musəvi noyabrın 2-də Tehranda jurnalistlərə deyib ki, dini rəhbər yeni müdafiə sistemlərinin yaradılmasını, yeni müdafiə silahlarının istehsalını vacib sayır: «Söhbət elə sistem və silahlardan gedir ki, onun heç vaxt heç yerdə analoqu olmayıb». General vurğulayıb ki, düşmənə qalib gəlməyin bir yolu ağılagəlməz silahlardan istifadə etməkdir. Ə.Musəvi son iki ildə ölkə mütəxəssislərinin 109 növ yeni hərbi sursat istehsal edib ordunun ixtiyarına verdiyini söyləyib. Onun sözlərinə görə, İran hərbi sənayedə böyük uğurlar qazanıb: «Keçmişdə bizə belə bir fikri aşılamışdılar ki, iranlılar aftafa da düzəldə bilməzlər. Lakin inqilab qələbə çalandan sonra ölkə hər sahədə nailiyyət qazandı. Bu gün bizim müdafiə sənayemiz müxtəlif hərbi sursatlar, müasir raketlər istehsal etməyə qadirdir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar