SON XƏBƏRLƏR

Boksçularımız noyabrın 7-də 38-ci Avropa Çempionatında iştirak edəcək

2021.10.20, 07:36
Boksçularımız noyabrın 7-də 38-ci Avropa Çempionatında iştirak edəcək

Gunaz.tv
Boksçularımız noyabrın 7-də 38-ci Avropa Çempionatında iştirak edəcək boks3.jpg Qitə turnirində ölkəmizin idman şərəfini beş dəri əlcək ustamız qoruyacaq Boksçularımız İngiltərə səfərinə hazırlaşırlar. Məqsəd isə Dumanlı Albionda noyabrın 7-də start götürəcək 38-ci Avropa Çempionatında iştirak etməkdir. Qitə turnirində ölkəmizin idman şərəfini 5 dəri əlcək ustamız qoruyacaq. Ən aşağı çəki dərəcəsində Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Samir Məmmədov yer alıb. 60 kq-da Famil Süleymanov rinqdəki bacarığını nümayiş etdirəcək. 64 və 69 kq çəki dərəcələrində müvafiq olaraq Fərhad Acalov və Emil Məhərrəmov məşqçilərin etimadlarını doğrulmalıdır. 91 kq çəkili boksçuların mübarizəsində Elçin Əlizadə İngiltərədə Azərbaycanın bayrağını yüksəltməyə çalışacaq. Qeyd edək ki, Avropa Çempionatının püşkü noyabrın 6-da atılacaq. Qitə mübarizəsinin qalibləri isə ayın 15-də keçiriləcək final görüşlərindən sonra müəyyənləşəcək. /Azerisport/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar