SON XƏBƏRLƏR

Səttarxan Güney Azərbaycanda anılacaq

2021.10.20, 07:36
Səttarxan Güney Azərbaycanda anılacaq

Gunaz.tv
Səttarxan Güney Azərbaycanda anılacaq Hər il olduğu kimi, bu il də noyabrın 8-də Güney Azərbaycanda Səttarxan və Səfərxanı anmaq üçün müxtəlif yerlərdə mərasimlər keçiriləcək. Çünki noyabrın 8-i Azərbaycan xalqının qəhrəman oğlu, milli sərdar Səttarxanın doğum günüdür. Eyni zamanda həmin millətin daha bir qəhrəman oğlu Səfərxan dünyasını dəyişib. Səttarxan vaxtilə rus konsuluna belə deyib: "Mən istərdim ki, dünyada 72 dövlət mənim şahımın bayrağı altında olsun". O bu sözləri rus diplomatın ona sağ qala bilmək üçün rus bayrağına sığınmağı təklif edərkən söyləyib. Səttarxan Orta Şərqdə ən ilkin və ən demokratik inqilabın başçısıdır ki, tarixdə də Məşrutə İnqilabı olaraq adlandırılır. Bu inqilab Ana Yasa İnqilabı olaraq Qərb tarixində yazılmaqdadır. Səfərxan isə həyatının çox hissəsini İranda Pəhləvilərin hakimiyyəti zamanı həbsxanada keçirmiş bir Azərbaycan türküdür. O, Azərbaycan Demokrat Firqəsi adlanan və daha sonra Azərbaycan Milli Hökumətini quran partiyanın üzvüdür. İnqilab nəticəsində həbsxanalara basqın zamanı Səfərxan azadlığa çıxmağa nail olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar