SON XƏBƏRLƏR

Türkiyədə dənizin altı ilə metro çəkilir

2021.10.20, 07:36
Türkiyədə dənizin altı ilə metro çəkilir

Gunaz.tv
Türkiyədə dənizin altı ilə metro çəkilir qatar-turkiye11.jpg Bununla İstanbulun nəqliyyat probleminin həll olunması gözlənilir Türkiyənin İstanbul şəhərində dənizin altı ilə metro çəkilməsi planlaşdırılır. İstanbul böyükşəhər bələdiyyə başçisi Qadir Topbaş ölkə mətbuatına bildirib ki, müasir bir şəhər yaratmaqda nəqliyyatın da əhəmiyyəti var: «Metro şəbəkəmiz tamamlandığında Sarıyerdən Silivri, Qartal, Beykoz, hətta Olimpiada bölgələrinə getmək mümkün olacaq». Topbaş qeyd edib ki, noyabrın 27-də Leventdən Atatürk sənaye sayti stansiyasına metronun sınaq gedişi başlayacaq. Metronun son dayanacağı isə Sarıyer-Çayırbaşı olacaq: «Beşiktaşdan Sarıyerə sahil boyunca dəniz altından nəqliyyatı təmin edəcək bir metronun da tikilməsini planlaşdırırıq. Nəticədə İstanbulda 500 km-lik məsafə metro ilə qət ediləcək və şəhərin nəqliyyat problemi həll olunacaq». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar