SON XƏBƏRLƏR

Suriyadakı Amerika məktəbi bağlanır

2021.10.20, 07:36
Suriyadakı Amerika məktəbi bağlanır

Gunaz.tv
Suriyadakı Amerika məktəbi bağlanır af025000.jpg Suriya hakimiyyəti bu addımı ABŞ hərbçilərinin ölkənin İraqla sərhədinə hücümuna cavab olaraq atıb Suriya hakimiyyəti ABŞ hərbçilərinin ölkənin İraqla sərhədinə hücümuna cavab olaraq, Birləşmiş Ştatların Dəməşqdəki məktəbin bağlanması barədə sərəncam verib. Bu gün məktəbə gələn şagird və müəllimlər evlərinə qayıtmalı olublar. Məlumatı CNN telekanalı yayıb. ABŞ-ın Suriyadakı səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən məktəb və mədəniyyət mərkəzini Dəməşqdə yaşayan amerikalılar və digər xarici vətəndaşlar ziyarət edir. Bir müddət əvvəl Suriya hökuməti mədəniyyət mərkəzinin də fəaliyyətinin dayandırılmasını tələb etmişdi. Suriya əhalisi üçün mərkəz qapalı olsa da, əməkdaşlar işlərini davam etdirirdilər. Xatırladaq ki, oktyabrın 26-da dörd Amerika helikopteri Suriyanın hava məkanına 8 kilometr daxil olaraq, Əs-Sukkariyə qəsəbəsində tikilməkdə olan fermaya hücum etmişdi. Hücum nəticəsində 8 dinc sakin ölüb, daha 14 nəfər isə xəsarət alıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar