SON XƏBƏRLƏR

İran adlanan yerdə saxtakar nazir vəzifədən qovuldu

2021.10.20, 07:36
İran adlanan yerdə saxtakar nazir vəzifədən qovuldu

Gunaz.tv
İran adlanan yerdə saxtakar nazir vəzifədən qovuldu Bu gün İran adlanan yerin parlamenti Oksford Universitetinin diplomunu saxtalaşdıran daxili işlər naziri Əli Kürdanın istefaya göndərilməsi barədə qərar çıxarıb. www.irna.ir xəbər saytının verdiyi məlumata görə, 247 deputatın iştirakı ilə keçirilən iclasda əvvəlcə nazirin özü dindirilib. Sonda 188 deputat Əli Kürdana etimasdsızlıq göstərib. 45 nəfər nazirin istefaya göndərilməsi təklifinin əleyhinə çıxıb, 14 nəfər isə məsələyə bitərəf qalıb. Halbuki Əli Kürdan vaxtilə daxili işlər naziri vəzifəsinə təsdiqlənərkən 260 deputatdan 179-u onun lehinə səs vermişdi. Əslində millət vəkilləri nazirə etimadsızlıq göstərməklə nüfuzu gündən-günə düşən prezident Mahmud Əhmədinejatın daha bir kadrını sıradan çıxarmış oldular. Qeyd edək ki, Əli Kürdanın istefaya göndərilməsinə onun fəxri doktorluq dərəcəsinin saxta olması ilə bağlı yaranmış qalmaqal səbəb olub. Doktorluq dərəcəsinin saxta olduğu haqda ilk xəbəri hakimiyyəti yaxın saytlardan biri bir neçə ay əvvəl yaymışdı. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan deputatlar Əli Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutmuş, ondan fəxri doktorluq dərəcəsini hardan aldığı haqda izahat istəmişdilər. Nazir doktorluq dərəcəsini Oksford Universitetindən aldığını bildirmiş, ancaq az sonra bu təhsil ocağı onun dediklərini təkzib etmişdi. Bu yaxınlara qədər malik olduğu diplomun həqiqi olduğunu iddia edən Əli Kürdan sonradan diplomu saxtalaşdırdığını boynuna alıb. Oksford Universiteti Əli Kürdanın bu təhsil müəssisəsində oxumadığını açıqladıqdan sonra nazir prezident Mahmud Əhmədinejada yazdığı məktubda bunu etiraf edib. Deputatlar bu gün daxili işlər nazirini dindirərkən əsasən onun qeyri-səmimiliyi, ardıcıl yalan danışması və saxta doktorluq dərəcəsi ilə uzun müddət yüksək maaş alması məsələləri üzərində dayanıblar. Əli Kürdan deputatların suallarını cavablandıranda dəfələrlə dili topuq çalıb, söhbəti əsas mövzudan yayındırmaq istəyib. Onun mövzunu yayındırmaq cəhdləri deputatların kəskin etirazı ilə qarşılanıb. İran adlanan yerin prezidenti Mahmud Əhmədinejad bir neçə gün qabaq demişdi ki, parlamentə gedib Əli Kürdanı müdafiə edəcək. Ancaq prezident vədini yerinə yetirməyib. Əli Kürdan dindirilməyə müavinləri ilə qatılıb. Əli Kürdan daxili işlər naziri vəzifəsinə üç ay əvvəl təyin edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar