SON XƏBƏRLƏR

İRAN SAYTI SORUŞUR: «İRANLI TƏLƏBƏLƏR AZƏRBAYCANDA NƏ EDİR?»

2021.10.20, 07:36
İRAN SAYTI SORUŞUR: «İRANLI TƏLƏBƏLƏR AZƏRBAYCANDA NƏ EDİR?»

Gunaz.tv
İRAN SAYTI SORUŞUR: «İRANLI TƏLƏBƏLƏR AZƏRBAYCANDA NƏ EDİR?» Noyabrın 3-də İranın iqtidaryönlü www.tabnak.ir saytı «İranlı tələbələr Azərbaycanda nə edir?» başlıqlı yazı verib. «Media forum» saytının məlumatına görə, yazıda Azərbaycan universitetlərinin rəhbərləri qərəzçilikdə günahlandırılır: «Azərbaycan ali təhsil ocaqları rəsmilərinin qərəzi iranlı tələbələrin yataqxanalarda yerləşdirilməsi ilə bağlı xoşagəlməz hallara səbəb olub. Rəsmilər iranlı tələbələrə təzyiq göstərərək oğlan və qızları müştərək yataqxanada qalmağa vadar edirlər. Hazırda tibb təhsili alan 400 iranlı tələbə qız və oğlan eyni binada yaşayırlar». Yazıda Azərbaycan universitetlərinin elmi səviyyəsinin aşağı olduğu da vurğulanır: «Son iki ildə ölkənin Şimal-Qərb əyalətlərindən olan çoxlu gənc ali təhsil almaq üçün elmi səviyyəsi İran və bölgə ölkələri universitetlərindən aşağı olan Azərbaycan universitetlərinə gediblər. Aparılan tədqiqat və sorğulara görə, bu ölkənin ali təhsil ocaqları keyfiyyət baxımından İranın aşağı dərəcəli özəl universitetlərindən də geri qalır». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar