SON XƏBƏRLƏR

Qara Qarayevin 90 illiyi ABŞ-da qeyd olunacaq

2021.10.20, 07:36
Qara Qarayevin 90 illiyi ABŞ-da qeyd olunacaq

Gunaz.tv
Qara Qarayevin 90 illiyi ABŞ-da qeyd olunacaq Görkəmli Azərbaycan bəstəkarı, alim-pedaqoq, ictimai xadim, akademik Qara Qarayevin anadan olmasının 90 illiyi Amerika Birləşmiş Ştatlarında da qeyd olunacaq. Noyabrın 28-də ABŞ-ın ən böyük konsert salonlarından biri Karneqi Hollda Qara Qarayevin əsərləri səslənəcək. Rubenşteyn, Raxmaninov, Çaykovski kimi musiqiçilərin çıxdığı səhnəyə bu dəfə bəstəkarın mahnılarını ifa etmək üçün Azərbaycanın xalq artisti, pianoçu Fərhad Bədəlbəyli çıxacaq. F.Bədəlbəyli konsertdə fransalı musiqiçi ilə Q.Qarayevin sonatasını ifa edəcəyini deyib. «Daha sonra mən prellüdlər ifa edəcəm». Azərbaycanın professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb edən bu konsert zamanı Manhetten Simfonik Orkestrinin ifasında bəstəkarın «Üçüncü simfoniyası» da səslənəcək. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar