SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatı və Əmanilərin qətli . Araz Tədqiqat Mərkəzi

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatı və Əmanilərin qətli . Araz Tədqiqat Mərkəzi

Gunaz.tv
Güney Azərbaycan Milli Hərəkatı və Əmanilərin qətli Araz Tədqiqat Mərkəzi İran mənbələrinin Cənubi Azərbaycandan verdiyi xəbərlərə görə milli hərəkat fəalı 35 yaşlı mühəndis Qulamrza Əmani avtomobil qəzasında həlak olub. Əmani Təbriz universitetinin kənd təsərrüfatı fakultəsinin bitirmiş, milli hərəkatın tanınmış və fəal iştirakçılarından idi. Qulamrza Əmani və 2 qardaşı (Kərim və Cəfər Əmani) ilə birgə Əhərdən Təbrizə gedən zaman onların avtomobili güya yük maşını ilə toqquşub və nəticədə Kərim və Cəfər hadisə yerindəcə keçinib, Qulamrza Əmani isə ağır vəziyyətdə Təbrizin İmam Rza xəstəxanasına gətirilib. Burada o, əməliyyata alınmasına baxmayaraq ağır yaralanma nətıcəsində həyatını itirib. www.oyrenci.com -un verdiyi məlumata görə qəzadan sonra Əmanini 4.5 saat gecişmə ilə xəstəxanaya qaldırıblar. Xəstəxanaya qaldırandan sonra həkimlər əməliyyat otağında gərgin işlədiyi zaman Ettelaat məmurları onlardan icazəsiz əməliyyat otağına daxil olub və Əmaninin vəfatını gözləyiblər. Hadisənin şahidlərinin ifadələrinə görə qəzanın baş verdiyi səhnə çox şübhəli görünür. “İslam İnqilabının Mühafizəçiləri Korpusuna” (Sipah) məxsus maşın arxadan Əmini qardaşları oturan maşına çırpılaraq onların maşınını yolun əks istiqamətəndən gələn yük maşınına tərəf istiqamətləndirib. Nəticədə Əmanilərin maşını yük maşını ilə toqquşaraq təmamilə əzilib. Əmaninin yaralı və huşsuz bədəni 4.5 saat qəza yerində gözlədilərək nəhayət hadisə yerinə yığılanların israrı ilə xəstəxanaya qaldırılıb. Yol hadisəsi ilə bağlı məlumat verən yol polisləri hadisə haqqında məlumat verən zaman bilərəkdən adətə uyğun olmayaraq qəzada həlak olan və yaralananların adlarını çəkmədən xəbər yayıb və hadisənin təfərruatına varmadan onu adi yol qəzası kimi təqdim edib. Güney Azərbaycan Milli Hərəkatı fəallarının verdiyi məlumatlara əsasən hadisədən bir həftə əvvəl Qulamrza Əmaninin maşını, içindəki çanta daxilindəki sənədlər birlikdə oğurlanıb. Çantada Əmaninin şəxsi sənəd və əşyaları mövcud idi. Əmani bununla bağlı məhkəməyə müraciət edən zaman əvvəllər onu həbsə məhkum edən hakim onu və həyat yoldaşını milli fəaliyyətləri ilə bağlı xəbərdar etmişdi. Qeyd edək ki, Əmani milli hərəkat yolunda 5 il azadlıqdan məhrum olaraq Təbriz həbsxanasında saxlanılıb. Mənbələdinin verdiyi məlumatlara əsasən Əmani dəfələrlə Ettelaat tərəfindən saxlanılıb və hər dəfə ona hədə qorxu gəlinib. Azərbaycan milli fəallarından olan Fərzad Səmədlinin bildirdiyinə görə Əmani 2 il əvvəl Ettelaata çağrılaraq açıq aşkar olümlə hədələnmişdi. Təhlükəsizlik xidmətinin müstəntiqi ona qarşı kobudcasına, “əmin ol Azərbaycanda dəyişiklik olsa belə sən onu görməyəcəksən”demidi. Azərbaycan milli fəallarının bu cür yollarla qətlə yetirilməsi faktı ilk deyil. Belə ki, Fərhad Mohseni Negaristan 1 il əvvəl Təbriz Ettelaatı tərəfindən işgəncə verilməsi (elektrik şoku) nəticəsində qətlə yetirilmiş və onun cənazəsi bir müddət sonra Təbrizin Elgölü parkından tapılmışdi. Qadir Sədiqi Təbrizin “Sento” maqistral avtomobil yolunda motosikletlə gedərkən Ettelaat məmurları tərəfindən təqib olunub və qəzaya uğradılmışdı. Səhənd Əfşar da Ərdəbil yolunda şübhəli avtomobil qəzası nəticəsində qətlə yetirilmişdi. Azərbaycan Türkləri onların tapdalanmış ən təməl insan haqlarının bərpa olunmasını qanuni yollarla tələb edir. Bunu öz varlığına təhlükə hesab edən İran rejimi Milli Azadlıq Hərəkatı fəallarını məhv etmə siyasətini həyata keçirməyə başlayıb. Bu istiqamətdə açıq terrordan qorxduğundan müxtələf avtomobil qəzaları kimi saxta vasitələrlə öz planlarını həyata keçirməyə başlayıblar. Rejim bu istiqamətdə öndə gedən ziyalı və açıq düşüncəli insanları aradan qaldırmaq və fiziki məhv etməklə və bunun ardınca özü istədiyi saaxta lider və ziyalıları hərəkətin içinə daxil etməyə cəhd göstərəcək bununla da hərəkatın idarəsini ələ keçirəcəyini və ona istiqamət verəcəyini düşünür. Mərkəzi hakimiyyət Azərbaycan xalqının tarixinə və ənənəsin yaxşı agah olduğundan bilir ki, bu xalq başladığı hərəkəti sona qədər davam etdirməyi bacarır. Bu xalq qandan çəkinən deyil. Tuttduğu yolda bütün maneələri nəyin bahasına olursa olsun aşmağı bacarar və zor gücünə təslim olmaz. Belə olan halda milli hərəkəti yalnız öz məsirindən çıxarmaqla önləmək mümkün ola bilər. Amma bu siyasətə mane olan xalqın içindən çıxan yeni nəsil ziyalılar və qabaqda gedən insanlar var ki, onları aradan götürmədən bu siyasəti həyata keçirmək mümkün olmayacaq. Elə son zamanlarda geniş vüsət alan həbslər, işkəncələr və şübhəli qətllər də bu siyasətin icrasına yönələn amillər kimi qiymətləndirilə bilər. Amma bu siyasət hər hansı bir partiyanı və ya siyasi təşəkkülləri sıradan çıxarmaq üçün yararlı olsa da xalq hərəkatının qarşısını almaq üçün münasib variant hesab ola bilməz. Xalqın yeni nəsil ziyalılar 5-10 nəfərdən ibarət deyil. Bu artıq bir nəsildir. İnqilab və müharibəni təcrübə etmiş, siyasi cərəyanların ağır zamanlarında siyasi fəaliyyətlərlə məşğul olmuşdular. Bunları belə asanlıqla həbslər və işkəncələrlə qorxutmaq və sıradan çıxarmaq mümkün ola bilməz. Onları qətlə yetirib tamamilə məhv etmək də mümkün deyil və bir çox hallarda bu cür addəmlar əks nəticə verəcəkdir. Məsələn rejim dağlarda keçirilən tədbirlərin qarşısın alandan sonra indi artıq belə tədbirlər şəhərlərdə keçirilir. Təbrizdə baş verən may hadisələri və onun ildönümlərinin yüksək səviyyədə qeyd olunması buna misaldır. Bütün hallarda isə rejim Əmanini və digər liderləri xalq içindən fiziki olaraq silsə də xalqın onların yolunu davam etdirməkdə israrlı olduğu aydın görünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar