Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Son dövrlərdə bir çox yazılarımda Azərbaycanda günbəgün müşahidə edilən inkişafdan bəhs edirəm. Bu yazımda isə inkişafın bəzi məqamlarından bəhs etmək istəyirəm. Noyabrın 13-17-də DA Platformasının Antalyada 8-ci böyük toplantısı keçiriləcək. DA dərgisinin və eyniadlı platformanın Azərbaycan təmsilçiliyinin bəzi vəzifələrini yerinə yetirmək məqsədilə müxtəlif yazarlar, fikir adamları, millət vəkilləri, dövlətin müxtəlif məqamlarında çalışan adamlarla görüşüb, onları bu məclisə dəvət etməyi planlaşdırırıq. Deyim ki, söhbət elədiyim adamların əksəriyyətinin həmin tarixlər ərəfəsində istər Azərbaycanda, istərsə də müxtəlif xarici ölkələrdə ən azı 2-3 görüşü var. Doğrusu, Azərbaycan rəsmilərinin, ziyalılarının bu qədər səmərəli çalışdıqları məni çox sevindirdi. Çünki istər ölkədə, istərsə də xaricdə keçirilən tədbirlər Azərbaycanın inkişafı baxımından çox önəmlidir. Əslində bu cür tədbirlər Azərbaycanın beynəlxalq aləmdə gücünün artdığını göstərən bir hadisədir. Sevinməyimin başqa bir səbəbi də Türkiyə ilə Azərbaycan arasında hər sahədə proqramların olmasıdır. Prezident İlham Əliyev bu məqama seçilən kimi ilk təbriki Türkiyə Prezidenti Abdullah Güldən aldı. İlk səfərini də elə Türkiyəyə etdi. Sabah Moskvada Rusiya Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri görüşəcəklər. Qarabağ probleminin həlli istiqamətində böyük ümidlər vəd edən bu görüşün ardınca İlham Əliyev ayın 3-də Türkiyəyə səfər edəcək. 14-15 noyabr tarixlərində Azərbaycanda enerji zirvəsi keçiriləcək və Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun söylədiyinə görə, tədbirdə 20-dən çox ölkənin dövlət və hökumət rəhbərləri iştirak edəcək. Türkiyəni də bu tədbirdə ya Gül, ya da Ərdoğan təmsil edəcək. Son dövrlərdə dünyada öz gücünü göstərən iqtisadi böhran və enerji daşıyıcılarının qiymətinin sürətlə düşməsi baxımından bu zirvə toplantısı çox önəmli olacaq. Yazımın başında qeyd etdiyim kimi, noyabr ayındakı gəliş-gedişlər, Cenevrədən Nyu-Yorka, İstanbuldan Moskvaya, Orta Asiyadan Baltiklərə qədər geniş bir coğrafiyanı əhatə edir. Bu da Azərbaycanın nüfuzunun nə qədər artdığını, dünya ölkələri arasında sayılıb-seçildiyini göstərən faktordur. Elə bilirəm ki, hansı tədbir olursa-olsun, hər bir azərbaycanlı getdiyi yerdə artıq qanqrena olmuş Qarabağ problemini gündəmə gətirir və ölkəsinin uğradığı bu haqsızlığı dünyaya çatdırır. Bu da diaspor fəaliyyətinin güclənməsi deməkdir Türkiyədən Azərbaycana gerçəkləşən bu ziyarətlərdən birinin üzərində dayanmaq istəyirəm. Çünki bu ziyarət gələcəyimiz olan tələbələrlə bağlıdır. 29 oktyabr cümhuriyyət günü münasibətilə Slavyan Universitetində yenicə vəzifəsinə başlamış təhsil müşaviri Halis bəyin və burada təhsil alan türkiyəli tələbələrin nümayəndəsi Abdullah Çiçəyin təşkil etdikləri çox gözəl bir proqramın iştirakçısı olduq. Azərbaycanlı və türkiyəli gənclərin heç bir ayrı-seçkilik qoyulmadan burada nümayiş etdirdikləri fikir, düşüncə, geyim-kecim ortaqlığı qardaşlığımızın ən gözəl nümunəsi idi. Gənclərin qəlbi iki ölkənin gələcəyi üçün döyünürdü. Şəxsən mən gənclərin bu tədbirindən çox zövq aldım. Hər zaman da bu cür tədbirlərə və orada səslənən fikirlərə önəm verirəm. Doğrusu, orada gördüklərimdən ümidli oldum və gələcəyimizə də böyük ümidlə baxdım. Yeri gəlmişkən onu da deyim ki, noyabrın 12-14-ü arasında Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) başkanı Yusif Ziya Özcan Bakıda olacaq. Bu səfər zamanı Türkiyədə oxuyan azərbaycanlı tələbələrin və eləcə də burada təhsil alan türkiyəli gənclərin problemləri gündəmə gələcək. Bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunəsi olan özəl türk liseyləri, Qafqaz Universiteti və eləcə də burada təhsil alan 4500 türkiyəli tələbənin problemləri də müzakirə ediləcək. Hazırkı YÖK sədri Yusif Ziya Özcan, həqiqətən də, birbaşa öz işi, öz qayğıları ilə maraqlanır. Əgər xatırlayırsınızsa, əvvəlki YÖK sədri Ərdoğan Teziç bu mövqeyi siyasət meydanına çevirmişdi. Hətta professor cübbəsi geyən bir çox rektorlar bəzi siyasi partiyaların toplantılarına qatılır, elmdən daha çox, siyasətlə məşğul olurdular. Teziç və onun rektorları tələbələrin başının içindən daha çox, çölü ilə, onların geyim-kecimi ilə maraqlanırdılar. Elə Türkiyədə də keçirilən 29 oktyabr təntənələrindən bəzi siyasilər və hərbçilər acıq edərək getdilər və ya qatılmadılar. Siyasətlə məşğul olan və tələbələri də elmdən yayındırıb, bu sahəyə çəkmək istəyən rektorlar onların önünü kəsmək istədiyi kimi, xalqın rifahını düşünmək əvəzinə, onların geyim-kecimi ilə maraqlanan bu cür adamlar da insanlarımızın inkişafına əngəl olurlar. Onlar bu hərəkətlərini də atatürkçülük adı ilə bağlayırlar. Halbuki Atatürk bundan 85 il öncə azad fikirli, azad vicdanlı və elmli-ürfanlı nəsillər yetişdirməyi tövsiyə eləmişdi. 8 ildən çoxdur ki, Bakıda işləyirəm. Doğrusu, bu zamana qədər Türkiyədən YÖK sədrinin buraya gəldiyini xatırlamıram. Ona görə də hazırkı YÖK sədri Yusif Ziya Özcanın bu ziyarətinə böyük əhəmiyyət verirəm və ümid edirəm ki, bu səfərdə gənclərimizlə bağlı səmərəli təkliflər, layihələr gündəmə gələcək. Dəyərli oxucularım, onu da etiraf edim ki, yazını başlayanda onu necə tamamlayacağımı irəlicədən təxmin edə bilmirəm. Çünki gündəmimiz o qədər zəngin və doludur ki, hansı məsələyə toxunub-toxunmamaqda çətinlik çəkdim.zaman
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər