SON XƏBƏRLƏR

ETTELAAT-ın iyrənc siyasəti . Hərəkatçıların ailə üzvləri barədə məlumatlar toplanır

2021.10.20, 07:36
ETTELAAT-ın iyrənc siyasəti . Hərəkatçıların ailə üzvləri barədə məlumatlar toplanır

Gunaz.tv
ETTELAAT-ın iyrənc siyasəti Hərəkatçıların ailə üzvləri barədə məlumatlar toplanır 1225721791_ettelaatlogo.jpg İran hakimiyyəti Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqibləri gücləndirib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ETTELAAT artıq tanınmış hərəkatçıların ailələri haqqında bilgilər toplayır. Təbriz və Ərdəbil şəhərlərindən olan hərəkatçıların ailələri barədə bilgilər toplanıb. Güney Azərbaycanın başkəndindən olan hərəkatçıların ailə üzvləri sorğu-suala çəkiliblər. Bu günlərdə rejim tərəfindən avtoqəzaya salınaraq öldürülmüş şəhid Qulamrza Əmaninin ailə üzvləri haqqında bilgilər toplayıbmışlar. Rəhim Hacızadə işgəncə altındadır Ərdəbil həbsxanasında siyasi məhbuslara təzyiqlər edilir. Milli Hərəkat fəalı Rəhim Hacızadənin vəziyyəti ağırdır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, 40 gün bundan öncə yaxalanmış milli hərəkatçının durumu ağırdır. Türk dili müəllimi sentyabrın əvvəllərində həbs olunmuş hərəkatçının işgəncə altında olduğu bildirilir. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar