SON XƏBƏRLƏR

Azərbaycandan Amerika seçkilərinə baxış

2021.10.20, 07:36
Azərbaycandan Amerika seçkilərinə baxış

Gunaz.tv
Azərbaycandan Amerika seçkilərinə baxış 20081103095818081103candfora.jpg Ağ Ev uğrunda hər iki namizəd vaxtilə Azərbaycanda olublar və onların Amerikanın Azərbaycan siyasəti barədə öz mövqeləri var. Maraqlıdır ki, iki il əvvəl Barak Obama Amerika senatının veteran üzvü Riçard Luqarla bərabər Bakıda olmuş və siyasi dairələrdə danışıqlar aparmışdılar. O zaman Obamanı az adam tanıyırdı və Bakıda o, qocaman senator Luqarın bir növ kölgəsində qalmışdı. Buna rəğmən yerli jurnalistlərlə görüşdə Obama Amerika-Azərbaycan münasibətlərinin indiki və gələcəyi barədə fikirləri ilə məmnuniyyətlə bölüşürdü. O zaman Bakıda İllinois ştatından demokrat-senator kimi görüşlər keçirən Obamanın qənaətincə iki dövlət arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bu həm enerji, həm də təhlükəsizlik sahəsindəki tərəfdaşlığa aid edilib. Məhz bu amil Amerikanı Azərbaycanla əlaqələrə dəyər verməyə vadar edir. Amerikadakı seçki kampaniyalarında bəzi elektoral təbəqələrin müəyyən hallarda etnik icma prinsipi ilə hərəkət etdiyini eşitmək olur. Bu mənada Amerikadakı azərbaycanlıların da istisna təşkil etmədikləri deyilir. Birləşmiş Ştatların Azərbaycanlı icmasının təmsilçilərindən Tomris Azəri deyir ki, azərilər artıq öz siyasi simpatiyalarını müəyyən ediblər."Biz Makkeynə səs verəcəyik. Obamadan yaxşı bir şey eşitmədik". Respublikaçı namizəd Con Makkeyni Bakının siyasi diarələrində yaxşı tanıyırlar. Politoloq İlqar Məmmədov Amerikalı siyasətçi ilə 5 il əvvəl Bakıda və bundan bir neçə ilə sonra Filadelfiyada görüşüb. İlqar Məmmədov deyir ki, Makkeyn "yeni müstəqil dövlətlərdə insan hüquqları məsələsində daha prinsipialdır". bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar