SON XƏBƏRLƏR

SOMALİ DƏNİZ QULDURLARI TÜRK DƏNİZÇİLƏRİNƏ “ENDİRİM” EDƏCƏK

2021.10.20, 07:36
SOMALİ DƏNİZ QULDURLARI TÜRK DƏNİZÇİLƏRİNƏ “ENDİRİM” EDƏCƏK

Gunaz.tv
SOMALİ DƏNİZ QULDURLARI TÜRK DƏNİZÇİLƏRİNƏ “ENDİRİM” EDƏCƏK Quldurlar qaçırdıqları türk gəmisinin heyətini müsəlman olduqları üçün aşağı qiymətlə azad etməyə hazırdır 145.jpg Somali dəniz quldurları qaçırdıqları Türkiyə gəmisinin heyətinə “endirim” etməyə hazırdır. CNN Türk kanalının xəbərinə görə, Sabançı holdinqinə məxsus olan “Neslhan” adlı yük gəmisi hazırda Cənubi Afrika sahillərində açıq dənizdə saxlanır. Əvvəlcə quldurların gəminin və heyət üzvlərinin buraxılması üçün 15 milyon dollar tələb etdikləri haqda xəbərlər yayılıb. Lakin dəniz quldurlarının nümayəndəsi ilə əlaqə yaratdıqdan sonra bu məlumatın düzgün olmadığı bəlli olub. Özünü Məhəmməd kimi təqdim edən dəniz qulduru deyib ki, onlar hələlik türk gəmisi ilə bağlı tələb irəli sürməyiblər və gəminin buraxıması üçün heç kimlə danışıqlar aparmırlar. Ancaq türklər də müsəlman olduqlarına görə onları daha münasib qiymətə buraxa bilərlər. Dəniz qulduru gəmi heyətinin həyatı üçün təhlükə olmadığını da bildirib. Hazırda Türkiyə rəsmi məqamları və “Neslihan” ı işlədən şirkət gəminin azad edilməsi üçün səylər göstərir. Bu arada Fransa və İspaniya Somali dəniz quldurlarına qarşı birgə hərbi əməliyyatlar haqda razılığa gəliblər. İki ölkənin müdafiə nazirlərinin görüşündən sonra elan edilib ki, NATO-ya aid hərbi dəniz və hərbi hava qüvvələrinin köməyi ilə Somali sahillərində quldurlara qarşı əməliyyat aparılacaq. Bu zaman Fransanın Cibutidəki hərbi dəniz bazasından istifadə olunacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar