SON XƏBƏRLƏR

Obama qondarma "soyqırım"ı tanıyacaq?

2021.10.20, 07:36
Obama qondarma "soyqırım"ı tanıyacaq?

Gunaz.tv
Obama qondarma "soyqırım"ı tanıyacaq? Bu gün ABŞ-da prezident seçkiləri keçiriləcək. Demokrat Partiyasından dövlət başçısı postuna namizəd Barak Obama erməni seçicilərin tam dəstəyini almaq üçün seçkiqabağı kampaniyasında artıq ikinci dəfə qondarma "erməni soyqırımı" ilə bağlı vədlər verib. Onun dediyinə görə, Birləşmiş Ştatların dövlət başçısı seçiləcəyi təqdirdə, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri "ermənilərin məruz qaldığı qanlı soyqırım" qismində rəsmən tanıyacaq və bunun ABŞ dövləti səviyyəsində gerçəkləşməsinə nail olacaq. "Prezident seçilərsə, erməni soyqırımının ABŞ tərəfindən rəsmən tanınmasına nail olmağa çalışacağını vəd edən Barak Obama bunun üçün Konqresin 106 saylı qətnaməni qəbul etməsinin tərəfdarıdır. O, ABŞ və Ermənistan arasındakı əlaqələrin daha da möhkəmləndirilməsini istədiyini vurğulayaraq bu prosesin Vaşinqtonun ümumi təhlükəsizlik maraqlarına və Ermənistanda demokratiyanın güclənməsinə cavab verdiyini vurğulayıb", - ABŞ-dakı erməni icmasının iki ən nüfuzlu təşkilatından biri olan Amerika Erməni Milli Komitəsi (ANCA) bildirib. ANCA-nın icraçı direktoru Aram Ambaryanın qaradərili senator Obamanın bu mövqeyini "məntiqi və ədalətli" adlandıraraq, onu dəstəklədiyini bəyan edib. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Con Makkeynin vitse-prezident postuna namizəd saydığı Sara Peylin də qondarma "erməni soyqırımı"nın ABŞ tərəfindən rəsmən tanınmasına çalışacağını deyib. Müşahidəçilər isə B.Obama və S.Peylinin uydurma "erməni soyqırımı" ilə bağlı bəyanatlarının seçkiqabağı kampaniyada daha çox səs toplamağa xidmət edən açıqlamalar olduğunu vurğulayaraq, seçkilər başa çatandan sonra konyuktur vədlər əvəzinə ABŞ-ın strateji maraq və mənafelərinine ortaya gələcəyini deyirlər. Həmin maraqlar isə Türkiyə və Azərbaycanla münasibətləri korlamamaq üçün ermənilərin əsassız iddialarına legitimlik donu geydirməyin çox təhlükəli əməl olduğunu göstərir. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar