SON XƏBƏRLƏR

Zəlimxan Məmmədli: "Rusiyadan xoşməramlı addım gözləmək yersizdir"

2021.10.20, 07:36
Zəlimxan Məmmədli: "Rusiyadan xoşməramlı addım gözləmək yersizdir"

Gunaz.tv
"Qarabağ və Tatarıstan ayrı-ayrı məsələlərdir" 1225726861_zelimxan.jpg Zəlimxan Məmmədli: "Rusiyadan xoşməramlı addım gözləmək yersizdir" "Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğu halda, qarşı tərəf Dağlıq Qarabağ münaqişəsindən pressinq kimi istifadə edir. Rusiya hərbi-siyasi varlığını sübut etmək istəyir". Bu fikirləri prezidentlərin Moskva görüşünə münasibət bildirən politoloq Zəlimxan Məmmədli "OLAYLAR"a açıqlamasında deyib. Z.Məmmədlinin fikrincə, son bir neçə ayda Rusiyanın əsas məqsədi sülhməramlı adı altında Dağlıq Qarabağa qoşun yeritməkdən ibarətdir. Onun sözlərinə görə, indiki məqamda Rusiyadan xoşməramlı addım gözləmək yersizdir: "Mənim qənaətim budur ki, Tatarıstan modelinin Ermənistan tərəfindən ortaya atılması Rusiyanın bu dövlətə verdiyi ötürmədir. Tatarıstan və Dağlıq Qarabağ ayrı-ayrı məsələlərdir və başqa fəlsəfəyə malikdir. Azərbaycan buna birmənalı şəkildə "yox" deməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar