SON XƏBƏRLƏR

Bu gün(4 noyabr) ABŞ-da seçkidir: Ağ Evə qaradərili sahib olacaqmı?

2021.10.20, 07:36
Bu gün(4 noyabr) ABŞ-da seçkidir: Ağ Evə qaradərili sahib olacaqmı?

Gunaz.tv
Bu gün ABŞ-da seçkidir: Ağ Evə qaradərili sahib olacaqmı? 5407.jpg Aylardan bəri davam edən seçki marafonu bu gün tamamlanacaq. ABŞ vətəndaşları seçki qutularına atdıqları bülletenlərlə ölkənin yeni rəhbərinin kimliyini müəyyən edəcəklər. Demokratların lideri, qaradərili Barak Obama ilə Respublikaçıların lideri Makkeyninin bu yarışında birincinin şansının daha çox olduğu xəbər verilir. Son hesablamalar Demokratların namizədinin 6 faiz öndə olduğunu göstərdi. Əgər Barak Obama prezident seçilərsə, bu hadisə ölkə tarixində çox ciddi bir dönüş nöqtəsi kimi tarixə düşəcək. Belə ki, Obama ilk qaradərili ABŞ prezidenti ünvanına sahib olacaq. Mütəxəssislərin rəyinə görə, Makkeyn çox uğursuz seçki kampaniyası aparmışdır və onun qalib gəlmə ehtimalı çox aşağıdır. Obama isə cəmiyyətin bütün kəsimlərinə müraciət edərək, onların səsini istəmiş və rəqibinə nisbətən daha uğurlu təbliğat kampaniyası aparmışdır. Xüsusilə də eks-prezident Bill Klintonun Obama ilə birlikdə tamaşaçılar qarşısında çıxışı və xalqı demokrat namizədə səs verməyə çağırması Obamaya xeyli üstünlük qazandırmışdır. Təsəvvür edin ki, Makkeyn tərəfdarları rəqibi gözdən salmaq üçün hər cür kompromatlardan istifadə etmiş, onun Keniya əsilli və müsəlman olduğunu irəli sürərək səsini azaltmağa çalışmışlar. İranda da ABŞ seçimləri haqqında müxtəlif fikirlər səslənməkdədir. Bildirilir ki, dünyanın böyük bir ölkəsində özündə imam Hüseyndən əlamətlər daşıyan birinin hakimiyyətə gəlməsi 12-ci imamın zühuruna bəşəriyyətin yaxınlaşdığına işarədir. Bunu irəli sürənlər Obamanın göbək adının Hüseyn olduğunu iddia edirlər. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar