SON XƏBƏRLƏR

ÖCALAN HƏBSXANADAN TÜRKİYƏYƏ MEYDAN OXUDU

2021.10.20, 07:36
ÖCALAN HƏBSXANADAN TÜRKİYƏYƏ MEYDAN OXUDU

Gunaz.tv
ÖCALAN HƏBSXANADAN TÜRKİYƏYƏ MEYDAN OXUDU “Mən burada ölsəm qiyamət qopacaq” 1269.jpg Türkiyədə PKK tərəfdarı kürdlərin ölkənin cənub-şərqində, İstanbul və digər şəhərlərdə davamlı iğtişaşlar təşkil etdiyi bir vaxtda terrorçubaşı saxlanıldığı İmralı həbsxanasından dövlətə meydan oxuyur. Abdullah Öcalanın ötən həftə vəkilləri ilə görüşü zamanı çıxışının audioyazısı PKK-ya yaxın internet saytlarında yer alıb. Həmin görüşdə Öcalan deyir ki, əgər həbsxanada onun başına bir iş gəlsə - hətta öz əcəli ilə də ölsə - Türkiyədə qiyamət qopacaq. Çünki tərəfdarları onun dövlət tərəfindən öldürüldüyünü zənn edəcəklər və qisas alacaqlar. Öcalanın səsinin audioyazısının həbsxanadan necə çıxarıldığı məlum deyil, terror təşkilatının lideri deyir ki, ona 20 gündür radio dinləməyə imkan vermirlər və qəzetləri ləngidirlər. PKK lideri qarşıdurmanı dayandıra biləcəyini və bunun üçün hökumətin ya onunla, ya da kürdlərin Demokratik Toplum Partiyası ilə danışıqlara başlamalı olduğunu deyib. Öcalan həbsxanada döyüldüyü haqda xalqını xəbərdar etdiyini, ancaq indiki hadisələrin baş verməsini istəmədiyini bildirib: “Mən problemin həlli yollarını bilirəm. Buna görə də hökumət mənimlə danışıqlara başlamalıdır. Burada hər hansı səbəbdən ölsəm qiyamət qopacaq, çünki ölümümə görə məsuliyyət dövlətin üzərində qalacaq”. Xatırladaq ki, PKK tərəfdarları baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkənin cənub-şərq vilayətlərinə səfərləri zamanı ona qarşı kütləvi etirazlar təşkil ediblər. Vanda baş nazirin gəlişi ilə eyni vaxtda güclü toqquşmalar baş verib, Hakkaridə AKP-nin yerli qərargahı partladılıb və Ərdoğana sui-qəsdin qarşısı son anda alınıb. Diyarbəkirdə isə PKK tərəfdarları oturaq aksiyalar təşkil edib. Kürd iğtişaşları Öcalanın həbsxanada döyülməsi haqda DTP tərəfindn yayılan məlumatlardan sonra bu partiyanın təşkilatçılığı ilə başlayıb. Ərdoğan isə deyib ki, Öcalanla kobud rəftar edildiyi xəbərləri yalandır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar