SON XƏBƏRLƏR

SƏDDAMI ASANDAN SONRA BIÇAQLAYIBLAR

2021.10.20, 07:36
SƏDDAMI ASANDAN SONRA BIÇAQLAYIBLAR

Gunaz.tv
SƏDDAMI ASANDAN SONRA BIÇAQLAYIBLAR Bu faktı keçmiş İraq diktatorunun məzarının keşikçisi açıqlayıb 2097.jpg Keçmiş İraq diktatoru Səddam Hüseyn asılandan sonra bıçaqlanıb. Bu faktı “The Times” qəzetinə onun məzarının keşikçisi Təlyal Misrab açıqlayıb. Misrab deyib ki, o, Səddamın cəsədini vətəni Tikritdə dəfn edən bir neçə adamdan biri olub. O, Səddamın cəsədində 6 bıçaq zərbəsi gördüyünü deyib. Zərbələrdən 4-ü arxadan, 2-si isə öndən vurulubmuş. Misrabın dediyinə görə, dəfn mərasimində iştirak edən onlarla adam bunu təsdiq edə bilər. Lakin İraq hökuməti bu faktı inkar edir. Bildirilir ki, heç kim Səddam asılandan sonra onun cəsədinə qarşı hörmətsizlik etməyib. Buna baxmayaraq, Səddam asılandan sonra onun necə edam edildiyini əks etdirən videokadrlar yayımlanmışdı. Keçmiş İraq liderini asan cəlladlardan biri onu boğazına kəndir keçirməzdən əvvəl döyüb və təhqir edib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar