SON XƏBƏRLƏR

Yazıcıoğlu: “PKK kürdlərin ən böyük düşmənidir”

2021.10.20, 07:36
Yazıcıoğlu: “PKK kürdlərin ən böyük düşmənidir”

Gunaz.tv
Yazıcıoğlu: “PKK kürdlərin ən böyük düşmənidir” 5409.jpg “Energi” oteldə keçirdiyi mətbuat konfransında jurnalistlərin ən müxtəlif suallarını cavablandıran Böyük Birlik partiyasının sədri Möhsün Yazıcıoğlu: “PKK hərəkatı ən böyük kürd düşmənçiliyidir. Kürdlərə ən böyük zərəri PKK vermişdir”, - dedi. 9 noyabrda partiyasının 7-ci konfransında: “Türkiyə Cümhuriyyəti vətəndaşlarının müstəqilliyini, təhlükəsizliyini artıracaq və rifahını yüksəldəcək bir proqram açıqlayacaqlarını” söyləyən Yazıcıoğlu Baş nazir Ərdoğanın ölkə içində səfərə çıxmasını çox təbii, amma DTP-lilərin bu səfərlərə qarşı başladıqları kampaniyanın çox çirkin kampaniya olduğunu vurğuladı. DTP-nin tapşırıqları Qəndil dağında yerləşən PKK rəhbərliyindən aldığını vurğulayan Yazıcıoğlu PKK-nın əsas məqsədinin ölkədə fövqəladə hal elan edilməsi, ardınca nəzarətin gücləndirilməsi, sıravi vətəndaşlara basqı və təzyiqin artması olduğunu söylədi. Onun söylədiyinə görə, PKK ölkədə vəziyyəti gərginləşdirməklə kürd əsilli vətəndaşları hökumətə qarşı qaldırmağa çalışır. “PKK imperializmin bölgədəki maşası, imperialist güclərin bölgədə qarışıqlıq salmaq üçün istifadə elədiyi alətdir və PKK hərəkatı ən böyük kürd düşmənçiliyidir. Kürdlərə ən böyük xəyanəti PKK etmişdir. Onu yaylağından uzaqlaşdırmış, torpağından qoparmış, insanlarını ac və səfil hala gətirmiş, uşaqlarını dağlara çıxarmış, qardaşlıq münasibətlərini pozmuş, araya düşmənçilik toxumu səpmişdir”, - deyən BBP sədri Yazıcıoğlu jurnalistin sualına cavab olaraq, PKK ilə “Ergenekon” arasında əlaqələrin mövcudluğunu da inkar eləmədi və buna sübut olaraq “Ergenekon” hadisəsi ilə bağlı həbs edilmiş İşçi Partiyasının sədri Doğu Perincekin Bəka vadisində PKK rəhbərləri və əsgərləri ilə səmimi görüşünü əks etdirən fotoşəklini xatırlatmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar