SON XƏBƏRLƏR

Əsir əsgərimizə ermənilər işgəncə verirlər

2021.10.20, 07:36
Əsir əsgərimizə ermənilər işgəncə verirlər

Gunaz.tv
Əsir əsgərimizə ermənilər işgəncə verirlər esger_yemek.jpg Eldar Sabiroğlunun sözlərinə görə, işgəncələrin təsiri altında əsir valideynlərinə guya vətənə qayıtmamaq barədə məktub yazmağa məcbur edilir Cəbhənin Qazax rayonunun Kəmərli kəndi istiqamətində ermənilərə əsir düşən Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov qarşı tərəfdən insanlıqdan kənar xeyli işgəncələrə məruz qalır. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu bildirib. Eldar Sabiroğlunun sözlərinə görə, işgəncələrin təsiri altında əsir valideynlərinə guya vətənə qayıtmamaq barədə məktub yazmağa məcbur edilir: «Azərbaycanda da erməni əsirləri var. Yəni bu gün o əsirə hər hansı qeyri-insani hərəkət görülmür. Bizim əsirlərlə isə heç bir çərçivəyə sığmayan şəkildə rəftar edirlər». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar