SON XƏBƏRLƏR

Ruanda ilə Konqo qarşıdurmanı sülh yolu ilə çözməyə razı olublar

2021.10.20, 07:36
Ruanda ilə Konqo qarşıdurmanı sülh yolu ilə çözməyə razı olublar

Gunaz.tv
Ruanda ilə Konqo qarşıdurmanı sülh yolu ilə çözməyə razı olublar _45164247_congo_b1.jpg Ölkələr arasında silahlı qarşıdurma həddinə çatan gərginlikdən çıxış yolları Pol Kaqame ilə Cozef Kabila arasında bölgə liderləri sammitində müzakirə ediləcək. Tərəflər problemə çözüm tapmaq üzərində işləyəcəklərini bildiriblər. Danışıqlara dair razılıq Avropa İttifaqı nümayəndələrinin vasitəçiliyi ilə iki gün ərzində davam edən gərgin məsləhətləşmələrdən sonra əldə olunub. BBC-yə müsahibəsində Avropa Şurasının nümayəndəsi Lui Mişel danışıqları yaranmış böhrandan yeganə çıxış yolu adlandırıb. Bölgə liderlərinin sammitində Fransa və Britaniya xarici işlər nazirləri iştirak edəcəklər. Bu arada ekspertlər ölkənin aparıcı etnik qrupları olan Tutsi və Xutu silahlıları arasında silahlı toqquşmaların real olduğunu deyirlər. Şimali Konqoda tutsi etnik qrupuna mənsub silahlı qruplar gərginliyin əsas mərkəzi olan Qoma şəhərinə doğru irəliləyirlər. Qoma şəhəri yaxınlığında düşərgə salan Tutsi silahlılarının komandiri Loran Nkunda isə buna yol verməyəcəyini bildirib. O deyib ki, BMT qüvvələri bölgədə təhlükəsizliyi təmin etməsələr, o Qoma şəhərinə özü hücum edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar