SON XƏBƏRLƏR

Prezidentlərin bəyannaməsindən sonra belə Ermənistan ordusu cəbhə xəttində atəşi dayandırmayıb

2021.10.20, 07:36
Prezidentlərin bəyannaməsindən sonra belə Ermənistan ordusu cəbhə xəttində atəşi dayandırmayıb

Gunaz.tv
Prezidentlərin bəyannaməsindən sonra belə Ermənistan ordusu cəbhə xəttində atəşi dayandırmayıb cebhe_22iyul.jpg Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 2-də və 3-də atəşəkəs rejimini pozublar. Erməni ordusu saat 19.15-dən 19.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 19.22-dən 19.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 23.00-dan 23.45-dək Tərtər rayonunun Qızıl Oba və Seysulan kəndləri, noyabrın 3-də isə saat 00.50-dən 01.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar