SON XƏBƏRLƏR

Fars şovinist rejimi Azərbaycan türkcəsindəki dərgiləri qapadır, kürd jurnallarının nəşrinə və yayımına isə yardım göstərir

2021.10.20, 07:36
Fars şovinist rejimi Azərbaycan türkcəsindəki dərgiləri qapadır, kürd jurnallarının nəşrinə və yayımına isə yardım göstərir

Gunaz.tv
Fars şovinist rejimi Azərbaycan türkcəsindəki dərgiləri qapadır, kürd jurnallarının nəşrinə və yayımına isə yardım göstərir Son günlərdə fars şovinist rejimi Azərbaycan türkcəsində nəşr olunan dərgiləri qapatdı. Güney Azərbaycanın Zəncan şəhərində “Kimlik və “Yoldaş” jurnalları bağlandıqdan sonar demək olar Azərbaycan türkcəsində yayılan bütün dərgilər bağlanmaq məcburiyyətində qalıblar. Hazırda Azərbaycan türklərinin yalnız fars dilində nəşr etdirdiyi jurnalların çapına imkan verilir. Azərbaycan türkcəsində nəşrə icazə verməyən fars şovinist rejimi son günlərdə kürd dilində yayılan “Rojelat” dərgisinin yenidən çapına şərait yaradıb. Bu dərgidə ağırlıq kürd dilindədir və üç il öncə İran adlanan yerdə hakimiyyət əleyhinə çalışdığına görə qapadılmışdı. Bu dərgi kürdlük və kürd millətinin birləşməsinə çalışır. Dərgi xüsusilə Güney Azərbaycanın qərb bölgələrində və Kürdüstan əyalətinin inzibati ərazisinə daxil edilmiş türk şəhərlərində daha geniş şəkildə yayılmaqdadır. Hətta jurnalın paylanmasına İran adlanan yerin məmurları yardım edirlər. Qeyd edək ki, Son zamanlarda fars şovinistləri Güney Azərbaycanda kürd problemini daha da qabartmaq üçün onlara bəzi şeyləri güzəştlərə getməli olublar. Kürdlərin ətrafa yayılmasına, terrorçuluğuna və qaçaqmalçılığına bilərək göz yuman fars şovinistləri son günlərdə kürd mədəniyyətinin tanıtdırılması üçün müəyyən işlər görməyə də başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar