SON XƏBƏRLƏR

Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti nəşrə başlayıb

2021.10.20, 07:36
Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti nəşrə başlayıb

Gunaz.tv
Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti nəşrə başlayıb Kanada Azərbaycan Təşkilatları Federasiyasının (KATF) təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti “Kanada Türkdilli Təşkilatlarının səsi“si (“The voice of the Turkic organizations in Canada”) şüarı ilə nəşrə başlayıb. KATF-nin mətbuat xidmətindən verilən məlumata görə, nəşrin ilk sayı Azərbaycan, Anadolu türkcələri ilə yanaşı ingilis dilində də işıq üzü görüb. Qəzetdə türk dünyası, Azərbaycan və Türkiyə ilə bağlı xəbərlər öz əksini tapıb. Bundan başqa nəşrdə oxuculara İraq türkmənləri, Qazaxıstan və Gürcustanla bağlı geniş məqalələr təqdim olunub. Məlumata görə, qəzetdə Azərbaycanı, Türkiyəni, Kərkükü, Türkmənistanı təmsil edən yazarlar fəaliyyət göstərir. KATF prezidenti Əkbər Məcidov bildirib ki, təşkilatın mətbu orqanının məqsədi türkdilli ölkələr haqqında i məlumatları Kanada ictimaiyyətinə çatdırmaq, qardaş ölkələrin münasibətlərinin daha da yaxınlaşması yolundan köməklik göstərməkdir. Qeyd edək ki, KATF-nin təşəbbüsü ilə Kanadada Azərbaycan məktəbi, Azərbaycan folklor dərnəyi, AzCAN televiziyası fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar