SON XƏBƏRLƏR

Politoloqlar diplomatları ehtiyatlı olmağa çağırdı

2021.10.20, 07:36
Politoloqlar diplomatları ehtiyatlı olmağa çağırdı

Gunaz.tv
Politoloqlar diplomatları ehtiyatlı olmağa çağırdı Zəlimxan Məmmədli: "Rusiya Azərbaycandakı hərbi statusunu qaytarmaq barədə düşünür" Tanınmış rusiyalı milyarder Boris Berezovski bu günlərdə verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb. Berezovski deyib ki, indiki vəziyyətdə Putinin rəhbərliyi ilə Rusiya Azərbaycana tələ qurur, təxribat hazırlayır. Yerli siyasi ekspertlər isə bu fikrni yenilik olmadığı qənaətindədirlər. Politoloq Zəlimxan Məmmədlinin fikrincə, bu dövlətin son 200 illik siyasətində Azərbaycana xoş məramla yanaşmaq anı yoxdur: "Rusiya Azərbaycandakı hərbi statusunu geri qaytarmaq üzərində düşünür. Məkrli niyyətlərdən biri də Azərbaycan xalqını da Rusiyanın Dağlıq Qarabağda sülhməramlılarını yerləşdirməsinə inandırmaqdan ibarətdir". Politoloqun sözlərinə görə, bu məsələdə diplomatların ehtiyatlı olması lazımdır. Onun fikrincə, Berezovski bu açıqlamanı verərkən, Rusiya ordusunun hansısa formada Azərbaycana yeridilməsini nəzərdə tutub. Vüsal

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar