SON XƏBƏRLƏR

Milli fəallar “Evin” həbsxanasında aclıq aksiyası keçirir

2021.10.20, 07:36
Milli fəallar “Evin” həbsxanasında aclıq aksiyası keçirir

Gunaz.tv
Milli fəallar “Evin” həbsxanasında aclıq aksiyası keçirir Sentiyabrın 10-da Tehran şəhərində iftar məclisində həbs olunaraq indiyədək “Evin” həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan dörd milli fəal iki həftəyə yaxındır aclıq aksiyası keçirir. Bunlar Əlirza Sərrafi, Səid Muğanlı, Mehdi Nəimi və Həsən Raşididir. Onların durumunun ağır olduğu bildirilir. Həsən Raşidinin mədə ağrıları daha çoxalıb. Eyni zamanda Səid Muğanlının asma problemi çəkinməz halə gəlib. Mehdi Nəimi barəsində isə heç bir məlumat əldə etmək mümkün olmayıb. Bundan əlavə, yazıçı, milli fəal Əlirza Sərrafi keçən həftədən etibarən aclıq aksiyasına başlayıb. Fars şovinist rejiminin keçən il qapatdığı “Dilmanc” jurnalının təsisçisi və baş redaktoru olmuş Əlirza Sərrafi inqilabdan sonra ilk dəfə olaraq Təbrizdə keçirilən “Ana dili” konfransının əsas təşkilatçısı olub. Həbs olunmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirən milli fəalın sağlamlıq durumu və saxlanma şəraiti haqda heç bir məlumat verilmir. Ötən həftə “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) “Evin” həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan Əlirza Sərrafi, Səid Muğanlı, Abbas Nəimi və Həsən Rəşidiyə işgəncə verilməsi ilə bağlı narahatlığını bildirərək təcili tədbir kampaniyasına başlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar