SON XƏBƏRLƏR

İran adlanan ölkə və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək

2021.10.20, 07:36
İran adlanan ölkə və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək

Gunaz.tv
İran və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək 20081103125805_1.jpg Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək. Qonşu ölkənin kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivlərilə bağlı olacaq. Həmçinin, mavi yanacağın İran ərazisi ilə tranziti də müzakirə ediləcək. Qeyd edək ki, indi İran Naxçıvan Muxtar Respublikasına sutkada 1 milyon kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana qaytarır. İran tərəfi Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa da maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirə edilməsi nəzərdə tutulub. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar