SON XƏBƏRLƏR

RUSİYA-ABŞ MÜNASİBƏTLƏRİ UZUN MÜDDƏT DÜZƏLMƏYƏCƏK

2021.10.20, 07:36
RUSİYA-ABŞ MÜNASİBƏTLƏRİ UZUN MÜDDƏT DÜZƏLMƏYƏCƏK

Gunaz.tv
RUSİYA-ABŞ MÜNASİBƏTLƏRİ UZUN MÜDDƏT DÜZƏLMƏYƏCƏK İki ölkə arasındakı kəskin ziddiyyətlər Amerikadakı seçkilərin nəticəsindən asılı olmayaraq hələ qalacaq 2359.jpg ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Vaşinqtonla Moskva arasındakı münasibətlər yaxın perspektivdə düzəlməyəcək. BBC şərhçiləri qeyd edirlər ki, Con Makkeyn və Barak Obama prezident Buşdan olduqca həssas Rusiya dosyesini miras alıblar. İki ölkə arasında bir çox məsələlərlə bağlı kəskin ziddiyyətlər hökm sürür, Gürcüstan ətrafında baş verənlər bunlardan yalnız biridir. ABŞ Rusiya ilə münasibətləri özünün xarici siyasətində hazırda arxa plana keçirib. Vaşinqton indi İraq, Əfqanıstan, Çinlə daha çox məşğul olur. Rusiyada isə ABŞ-ı əsas rəqib hesab edirlər və xarici siyasət bunun üzərində qurulur. Moskva bir qayda olaraq öz addımlarını ABŞ-la müqayisə edərək atır. Məsələn, Gürcüstana hərbi müdaxiləyə haqq qazandırmaq üçün ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsi nümunə kimi göstərilirdi. Rusiya keçmiş sovet respublikalarının onun təsir dairəsində qalmalı olduğunu isə ABŞ-ın Latın Amerikası ölkələrini öz təsir dairəsində saxlaması ilə əsaslandırır. Yəni indi ruslar öz addımlarını atarkən belə sual qoyurlar: “Nəyə görə amerikalılara olar, bizə yox?” Ekspertlər hesab edirlər ki, ABŞ Rusiyanın neft gəlirləri hesabına güclənməsinə və Gürcüstana müdaxiləsinə baxmayaraq onu superdövlət hesab etmir. Vaşinqtonda isə belə hesab edirlər ki, Rusiya hələ də imkanları məhdud ölkə olaraq qalır. ABŞ-da prezidentliyə namizədlərin hər ikisi Rusiyanın Gürcüstana və digər yaxın qonşularına qarşı təzyiqlərinə qarşı sərt mövqe tutacaqlarını deyirlər. Lakin gözlənilir ki, Barak Obama prezident seçilsə, Rusiyaya münasibətdə nisbətən yumşaq siyasət yeridəcək. Bununla belə onun Rusiyaya dair siyasətinin necə olması xarici siyasət komandasının tərkibindən asılı olacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar