SON XƏBƏRLƏR

RUSİYA TELEKANALLARININ UKRAYNADA YAYIMI DAYANDIRILDI

2021.10.20, 07:36
RUSİYA TELEKANALLARININ UKRAYNADA YAYIMI DAYANDIRILDI

Gunaz.tv
RUSİYA TELEKANALLARININ UKRAYNADA YAYIMI DAYANDIRILDI Ukraynanın iri kabel televiziya operatoru noyabrın 1-dən Rusiyanın 4 telekanalının ölkə ərazisində yayımını dayandırıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Kiyevdə abunəçilərin 80 faizinə xidmət göstərən “Volya” şirkətindən bildirilib ki, Rusiyanın “Pervıy”, “Rossiya”, “TV Stentr” və “Ren TV” telekanallarının yayımı dünəndən dayandırılıb. Kanalların yayımı dayandırılarkən Ukrayna Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərar əsas götürülüb. Belə ki, Milli Teleradio Şurası verilişləri Ukrayna dilinə tərcümə olunmayan əcnəbi telekanalların yayımının noyabrın 1-dən dayandırılması barədə qərar çıxarıb. Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov telekanalların Ukrayna ərazisində yayımının bərpasına nail olacaqlarını bildirib: “Biz Ukraynada yaşayan rusdilli əhalinin hüquqlarının pozulmaması üçün lazımi addımları atacağıq”. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar