SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ABŞ-a qarşı terror aktının qarşısını alıb

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı ABŞ-a qarşı terror aktının qarşısını alıb

Gunaz.tv
Səudiyyə Ərəbistanı ABŞ-a qarşı terror aktının qarşısını alıb 20081103141539_1.jpg Səudiyyə Ərəbistanı hökuməti 2003-cü ildə ABŞ-a qarşı növbəti böyük terrorun qarşısını alıb. Informasiyanın üstündən 5 il keçəndən sonra açıqlanmasının səbəbi məlum deyil. Səudiyyə Ərəbistanı hökumətinin bəyanatında iddia olunur ki, terrorçular yenidən təyyarə qaçıraraq onu əhalinin sıx yaşadığı şəhərlərdən biri üzərində partlatmağı planlaşdırırmışlar. Bu zaman onlar Amerika vizasının alınmasına vaxt sərf etməmək üçün ölkəyə Kanada və ya Meksika ərazisindən daxil olmağa hazırlaşırmışlar. “The Daily Telegraph” xatırladır ki, 2001-ci il 11 sentyabr hadisələrini törədən 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. Krallığın nümayəndələri son illər 160-dan çox terror aktının qarşısını aldığını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar