SON XƏBƏRLƏR

ABŞ-la AVROPA BAKIDA “NABUKKO” DANIŞIQLARINA HAZIRLAŞIR

2021.10.20, 07:36
ABŞ-la AVROPA BAKIDA “NABUKKO” DANIŞIQLARINA HAZIRLAŞIR

Gunaz.tv
ABŞ-la AVROPA BAKIDA “NABUKKO” DANIŞIQLARINA HAZIRLAŞIR Birləşmiş Ştatların enerji nazirinin müavini ilə AB-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir 3316.jpg ABŞ və Türkiyə arasında “Nabukko” qaz kəməri layihəsi ilə bağlı yüksək səviyyədə danışıqlar olub. Birləşmiş Ştatların enerji nazirinin müavini Ceffri Kupferin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğan, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər və digər rəsmilərlə danışıqlar aparıb. “CNN-Türk” telekanlının xəbərinə görə, C.Kupfer Türkiyənin enerji şirkətlərinin və bank sektorunun rəhbərləri ilə də görüşüb. Nazir müavini deyib ki, danışıqlar çox məhsuldar olub: “Danışıqlar zamanı Türkiyədən keçən yeni enerji dəhlizləri müzakirə olunub. Həmçinin biz Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”. C.Kupfer bildirib ki, ABŞ Xəzər hövzəsinin qaz ehtiyatlarının Türkiyədən keçməklə Avropaya nəqlinə çalışır. O, Birləşmiş Ştatların Türkiyənin daxili enerji tələbatını alternativ mənbələrdən təmin etməsinə çalışdığını da bildirib. Məlumata görə, C.Kupferin Bakıya da səfər edəcəyi və “Nabukko” layihəsi ilə bağlı danışıqları davam etdirəcəyi gözlənilir. Noyabrın 5-də isə Avropa Birliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Andis Piebalqisin Bakı, Ankara, Aşqabad və Astanaya səfər edəcəyi, region ölkələrinin rəhbərləri ilə “Nabukko” layihəsinə dair danışıqlar aparacağı gözlənilir. Gürcüstan ətrafında baş verən hadisələrdən sonra Qərb “Nabukko” layihəsini reallaşdırmaq üçün səylərini artırıb, lakin ekspertlər hesab edir ki, indi bu layihənin baş tutacağına ümid azdır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar