SON XƏBƏRLƏR

İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GEDƏCƏK

2021.10.20, 07:36
İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GEDƏCƏK

Gunaz.tv
İLHAM ƏLİYEV TÜRKİYƏYƏ GEDƏCƏK 2181.jpg Dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə noyabrın 5-də Türkiyəyə iki günlük səfər edəcək. Bu barədə “CNN-Türk” telekanalı məlumat verib. Mənbə səfər zamanı iki ölkə prezidenti arasında təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşün gözlənildiyini də qeyd edib. Xatırladaq ki, bu, İlham Əliyevin oktyabrın 15-də ikinci müddətə prezident seçilməsindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir. Abdullah Gül də noyabrın 14-də Bakıda keçiriləcək enerji sammitində iştirak etmək üçün Azərbaycana gələcək. “Turan”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar