SON XƏBƏRLƏR

Qəzzafi çadırını Kremlin parkında qurdu

2021.10.20, 07:36
Qəzzafi çadırını Kremlin parkında qurdu

Gunaz.tv
Qəzzafi çadırını Kremlin parkında qurdu Rusiyaya üçgünlük səfərə gələn Liviya lideri Müəmmar Qəzzafi dünən axşam Moskva kənarındakı "Mayendorf" iqamətgahında RF prezidenti Dmitri Medvedyevlə təkbətək görüş keçirib. Rusiyanın rəsmi informasiya agentliklərinin görüş barədəki məlumatları tərəflərin bir-birilərini salamlaması və xoş sözlər söyləməsi ilə məhdudlaşıb. Qəzzafi həmçinin Medvedyevlə tanış olmaqdan məmnun olduğunu deyib. Medianın diqqətini daha çox Liviya liderinin məşhur bədəvi alaçığını harada quracağı ilə bağlı olub. Bəlli olub ki, iki ölkənin protokol və təhlükəsizlik xidmətləri çadırın Kremlin Tayninski parkında qurulmasında razılığa gəliblər. Qeyd edək ki, Qəzzafi ilk dəfə Moskvaya Sovet dönəmində -1985-ci ildə rəsmi səfər edib. Odur ki, onun dünənki səfərini Rusiya-Liviya münasibətləri tarixində ilk ziyarət kimi qiymətləndirmək olar. Lakin səfərin məqsədi dəyişməyib: Rusiya KİV-lərinin xəbərinə görə, 23 il əvvəl olduğu kimi Liviya lideri yenə də rus silahı dalınca gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar