SON XƏBƏRLƏR

Baş nazir müxbiri döydü

2021.10.20, 07:36
Baş nazir müxbiri döydü

Gunaz.tv
Baş nazir müxbiri döydü Çex Respublikasının baş naziri nikahdankənar oğlunun şəklini çəkmək istəyən fotomüxbirə yumruq atıb Çex Respublikasının baş naziri nikahdankənar oğlunu uşaq arabasında gəzdirərkən fotolarını çəkmək istəyən müxbiri döyüb. Başının divara vurulmasından güclə canını qurtaran fotomüxbir qaça bilib. İlin sonunda Avropa Birliyinin sədri vəzifəsini təhvil alacaq 51 yaşlı Mirek Topolonekin ölkə siyasətində və partiya daxilində təzyiqlərlə üzləşdiyi vaxtda müxbiri döyməsi vəziyyətini daha da ağırlaşdırıb. Parlamentin sədrinin köməkçisi, 39 yaşlı Lusie Talmanova ilə yaşadığı gizli məhəbbəti və onların nikahdankənar oğullarının doğulmasını icimaiyyətə etiraf etməyə məcbur olan Topolonek 15 aylıq oğlu ilə Praqada partiya qərargahına gedərkən bir müxbir ona yaxınlaşıb erkən seçkilər barədə sual verib. Müxbirin bu zaman oğlunun fotosunu çəkdiyini görən baş nazir əsəbiləşib və ona yumruq atıb. Daxili siyasətdə son həftə kifayət qədər depressiv anlar yaşayan və istefası ilə bağlı üzləşdiyi təzyiqlərin ardından müxbirə yumruq atması hökumət başçısının vəziyyətini daha da ağırlaşdırıb. Qeyd edək ki, iki il əvvəl baş nazir seçilən Topolonekin rəhbərlik etdiyi Yurddaşlıq və Demokratiya Partiyasının parlamentdə qəbul etdirdiyi iqtisadi islahatlarla bağlı qərarlar xalqın narazıçılığna səbəb olduğu üçün yerli orqanlara keçirilən seçkilərdə uduzmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar