SON XƏBƏRLƏR

AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNƏ QATILACAQLAR

2021.10.20, 07:36
AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNƏ QATILACAQLAR

Gunaz.tv
AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNƏ QATILACAQLAR nato.jpg NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, Bakı şəhərində Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu (03-07 noyabr), Oberammerqau şəhərində (Almaniya) Çoxmillətli birləşmiş əməliyyat mərkəzi kursu (03-07 noyabr), Heydelberq şəhərində Kommunikasiya və informasiya sistemləri üzrə işçi görüşü (10-13 noyabr), Salzburq şəhərində (Avstriya) e-PRİME sistemi üzrə əlaqələndiricilərin işçi görüşü (05-07 noyabr), Stokholm şəhərində (İsveç) “Vikinq-08” mülki-hərbi təliminin müşahidə edilməsi məqsədilə səfər (07-08 noyabr), Amman şəhərində (İordaniya) Hərbi hava əməliyyatları mövzusunda seminar (10-14 noyabr, İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (10-21 noyabr) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar