SON XƏBƏRLƏR

Rusiya dollardan yaxa qurtara bilərmi?

2021.10.20, 07:36
Rusiya dollardan yaxa qurtara bilərmi?

Gunaz.tv
Rusiya dollardan yaxa qurtara bilərmi? 1225455236_vusal.jpg Vüsal Qasımlı: "İndiki halda rus rublunun ancaq regional valyutaya çevrilmək imkanı var" "Rusiya və Çin qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edərək tədricən milli valyutalara keçməlidir". Bu fikirləri Rusiyanın baş naziri Vladimir Putin bildirib. O, qeyd edib ki, ABŞ dollarına söykənən dünya iqtisadiyyatında dərin böhranlar yaşandığından bu addım daha effektiv olar. Məsələyə münasibət bildirən İqtisadi Təhqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı Rusiya və Çinin iqtisadiyyatının onların valyutalarının dünya valyutalarına çevirmək qabiliyyətində olmadığını deyib. Onun sözlərinə görə, bu o zaman baş verər ki, ölkə iqtisadiyyatı buna adekvat olsun: "Əgər bir ölkə öz valyutasını dünya valyutasına çevirmək istəyirsə, o ölkənin iqtisadiyyatı buna adekvat olmalıdır. ABŞ dolları ona görə dünya hökmranlığına malik olub ki, ABŞ-ın iqtisadiyyatı dünya iqtisadiyyatının 1/5-ni təşkil edir. Dünyada istehsal olunan ÜDM-in 1/5-i ABŞ-ın payına düşür. Bunun arxasında isə yerli əmtəə və istehsal xidmətləri dayanmalıdır". Vüsal Qasımlı rus rublunun ancaq regional valyutaya çevrilmək qabiliyyətində olduğunu vurğulayıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar