Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Bu gün Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Düşmən ölkənin müdafiə sistemində mövcud vəziyyət son dövrlər daha acınacaqlı şəkil alıb. Şəxsi heyət arasında mənəvi-psixoloyi vəziyyət və nizam-intizam xeyli zəifləyib. Təkcə onu demək kifayətdir ki, Ermənistan Silahlı Qüvvələrində baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci illə müqayisədə 2008-ci ildə 21 faiz artıb. İbrahim İbadoğlu Ötən il düşmən düşərgəsində 1643 hadisə baş verib. Bunlardan 41-i fərarilik, 171-i hərbi hissəni özbaşına tərketmə, 34-ü intihara cəhd, 570-i rüşvətalma, 376-sı döyülmə və işgəncə, 27-si zorlama, 53-ü ölüm faktı olub. Bu il isə müvafiq rəqəm 1984-ə çatıb. Cinayət hadisələrinin 13 faizi 1-ci Ordu Korpusunda (OK) (əsasən əlahiddə motoatıcı alaylarda), 245-i 3-cü OK-da, (əsasən əlahiddə motoatıcı alaylarda, əlahiddə artilleriya divizionlarında və əlahiddə tank taborunda), 16 faizi 4-cü OK-da (xüsusilə müxtəlif əlahiddə motoatıcı alaylarda), 47 faizi isə 2-ci və 5-ci OK-da və mərkəzi komandanlığın tabeçiliyində olan artilleriya briqadasında, tank əleyhinə artilleriya alayında, zenit-raket alayında, zenit-raket briqadasında, əlahiddə rabitə alayında, əlahiddə tank alayında və digər hərbi hissələrdə törədilib. Təkcə 2008-ci ilin bu gününədək Ermənistan silahlı qüvvələrində 64 hərbi qulluqçu həlak olub. Bunlardan 45 nəfəri qeyri-döyüş vəziyyətində dünyasını dəyişib. Düşmən ölkənin silahlı qüvvələrində rüşvətxorluq və korrursiya halları da geniş yayılıb. Xüsusilə bir sıra əlahiddə motoatıcı alaylarda aparılan yoxlamalar zamanı məlum olub ki, tabor və bölük komandirləri hərbi hissə komandirinin göstərişi ilə təmir-tikinti adı altında müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların aylıq məvacibinin 50-80 faizini mənimsəyiblər. Bəzi əlahiddə motoatıcı hissələrdə isə əsgərlərin aylıq məvacibləri hətta tamamilə mənimsənilib. Yoxlamalar zamanı əsgərlərin qida rasionunda da xeyli problemlər aşkarlanıb. Ərzaq məhsulları arasında vaxtı keçmiş keyfiyyətsiz İran, Çin, Malayziya və Sinqapurdan gətirilmiş yeyinti məhsulları xüsusilə üstünlük təşkil edib. Şəxsi heyətə kərə yağı əvəzinə marqarin, mal və donuz əti əvəzinə isə Hindistan və Avstraliyadan gətirilmiş camış, zebra, kenquru və mənşəyi bilinməyən başqa heyvan ətləri, vaxtı ötmüş balıq və mal əti konservləri, satılmayan toyuq budları verilib. Elə bunun nəticəsində də son iki il ərzində şəxsi heyət arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı iki dəfə artıb. Ermənistan ordusunda yeyinti və korrursiya hallarının geniş vüsət alması əsasən aylıq məvacibin aşağı olması və vaxtlı-vaxtında verilməməsi ilə əlaqədardır. Bir sıra əlahiddə motoatıcı alaylarda, artilleriya briqadasında, əlahiddə özüyeriyən artilleriya divizionlarında, əlahiddə rabitə alayında və s. xidmət rəisləri və hissə komandirləri tərəfindən ərzaq, əşya, yanacaq-sürtkü materiallarının, avtomobil və döyüş texnikaları ehtiyat hissələrinin satılması faktı adi hala çevrilmişdir. Bu yazıda qeyd olunan cinayət faktları üzrə təkcə 2008-ci il ərzində hərbi prokurorluq tərəfindən 83 nəfər vəzifəli şəxs haqqında cinayət işi açılıb. Şəxsi heyət arasında homoseksualizm faktları ötən illərə nisbətən bu il daha da artıb. "Mavi" hərbi qulluqçuların 80 nəfəri Ermənistan ordusunda, təqribən 150 nəfəri isə Qarabağ ordusunda xidmət edir. Vəziyyət o qədər acınacaqlı hal alıb ki, ordu rəhbərliyinin göstərişi ilə xüsusi hərbi həkim komissiyası yaradılıb. Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və dedovşina hallarının mövcudluğunu ölkə ictimaiyyəti narazılıqla qarşılayıb. Belə ki, Qarabağ ordusunda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması adi hal alıb. Bunun nəticəsində Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyaların tərkibindəki hərbi hissələrdə ermənistanlılarla Qarabağda yaşayan etnik ermənilər arasında 12 bıçaqlanma hadisəsi baş verib. Münaqişə zamanı 4 ermənistanlı hərbi qulluqçu ölmüş, 6 nəfər isə ağır yaralanıb. Son iki il ərzində Qarababda xidmət edən Ermənistan vətəndaşlarına qarşı törədilmiş 843 döyülmə və işgəncə faktı ilə bablı 97 zabit və 124 gizir barəsində cinayət işi qaldırılıb. Onlardan 98 nəfəri həbs edilib. Həbs olunanlardan 36 nəfəri zabit, 62 nəfəri isə gizirdir. Eyni maddələr üzrə ittiham olunmalarına baxmayaraq 123 zabit və gizir rüşvət hesabına bəraət alıb. Hərbi təhsil sahəsində də vəziyyət son dərəcə acınacaqlıdır. Heç kəs ali hərbi məktəblərdə oxumaq istəmir. İş o yerə çatıb ki, ordu rəhbərliyi qəbul ballarının aşağı salınması barədə qərar qəbul edib. Ancaq kursantlar yerlərdəki acınacaqlı vəziyyətlə tanış olan kimi hər vəchlə məktəbdən çıxmağa çalışırlar. Bunun yolunu isə intizam qaydalarını pozmaqda və fərarilikdə tapırlar. Hazırda 30-dan çox kursant barəsində fərarilik və məktəbi özbaşına tərketmə maddəsi üzrə cinayət işi qaldırılıb. Yeri gəlmişkən, İrəvan şəhərində yerləşən Vazgen Sarkisyan adına hərbi institutda oxuyan 100-dək kursant ötən il məktəbdən çıxmaq barədə raportla məktəb rəhbərliyinə müraciət edib. Onların 50 nəfəri dördüncü, yəni əsasən sonuncu kurs kursantlarıdır. Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da acınacaqlı vəziyyətdədir. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili qida məhsullarının verilməsidir. Həmçinin əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi problemlər yaradıb. Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində 1671 nəfər hərbi qulluqçu regional və mərkəzi hospitala yerləşdirilib. Bunlardan 98 nəfəri malyariyadan, 43 nəfəri heratitdən, 240 nəfəri pnevmoniyadan, 79 nəfəri vərəmdən, 34 nəfəri qarın yatalağından, 234 nəfəri müxtəlif infeksion xəstəliklərdən, 421 nəfəri dizenteriyadan və s. əziyyət çəkib. Xəstələrin sayının çox olması üzündən onların bir qismi də hərbi birləşmənin hospitalında yerləşdirib. Qondarma Qarabağ ordusunda cari il ərzində 2150 hadisə baş verib. Bunların 816-sı qəza, 1245-i cinayət xarakterli, 89-u isə qarşı tərəfdən açılan atəş tərəfindən baş vermiş hadisədir. Nəticədə 17 ölüm, 73 orta və ağır yaralanma faktı qeydə alınıb. 2150 cinayət hadisəsindən 924-ü yüngül, 321-i isə ağır cinayət tərkibli olub. Qondarma Qarabağ ordusu təkcə bu il ərzində 59 nəfər hərbi qulluqçusunu itirib. Onlardan 42 nəfəri qeyri-döyüş vəziyyətində dünyasını dəyişib. Ordu rəhbərliyi hərbi hissələrdə intizamsızlıq səbəbindən artan qeyri-döyüş itkilərinin sayını gizlətmək məqsədilə xarici və yerli nümayəndələrə hadisələrin guya qarşı tərəfdən törədildiyini bildirir. 2008-ci ilin yanvar-sentyabr ayları ərzində Kəlbəcər, Martuni, Ağdərə və Xankəndidə yerləşən hərbi hosritallara xeyli hərbi qulluqçu gətirilib. Bunlardan 63 nəfəri (7-si zabit, 9-u gizir və 47-si əsgər) malyariya, 217 nəfəri (13-ü zabit, 19-u gizir, 185-i isə əsgər) pnevmoniya, 94 nəfəri (9-u zabit, 17-i gizir, 68-i isə əsgər) vərəm və s. diaqnozu ilə müxtəlif hosritallara yerləşdirilib ki, bunların da ümumi sayı 1012 nəfər təşkil edib. Xəstəlik və yaralanmalarla bağlı vəziyyəti ağır olan 21 zabit və gizir, o cümlədən 80-ə yaxın əsgər müxtəlif vaxtlarda İrəvan şəhər hospitalında yerləşdirilib. xalqcebhesi
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər