SON XƏBƏRLƏR

"Dazbaş"lar döydü, həkimlər öldürdü

2021.10.20, 07:36
"Dazbaş"lar döydü, həkimlər öldürdü

Gunaz.tv
"Dazbaş"lar döydü, həkimlər öldürdü Rusiyanın Voronej şəhərində yaralı azərbaycanlını xəstəxanaya yerləşdirməkdən imtina etmiş həkimlərlə bağlı istintaq başlanıb. Şəhərin Lenin rayon prokurorluğundan verilən məlumata görə, 40 yaşlı Vüqar Məmmədovun ağır yaralı olmasına rəğmən, onun xəstəxanaya qəbul edilməməsi nəticəsində azərbaycanlı dünyasını dəyişib. Bu ilin aprel ayında iki rus yeniyetmə içib sərxoş olandan V.Məmmədovu vəhşicəsinə döyüblər. Voronej Şəhər Daxili İşlər İdarəsinin əməkdaşı, mayor Yevgeni Trutnevin "Ekspress"ə verdiyi məlumata görə, azərbaycanlının 12 qabırğası sınıb, çoxsaylı zədə və travmalar alıb: "Lakin bütün bunlara rəğmən, xəstəxana əməkdaşları bütün qanunları pozaraq, Hippokrat andını unudaraq qan içində olaraq can verən insanı qəbul edərək ona yardım göstərməkdən imtina ediblər. Bunun nəticəsində 8 saat sonra Vüqar Məmmədov dünyasını dəyişib". Soydaşımızı vəhşicəsinə döyən iki gəncin məhkəməsi isə artıq başa çatıb. Onların hər biri islah düşərgəsində 6 il keçirəcəklər. Rusiya Vəkillər İttifaqının üzvü, hüquqşünas Vaqif Baratov hesab edir ki, Voronej məhkəməsi bu qatillərlə çox yumşaq davranıb. "Məndə olan məlumatlara görə, Vüqar Məmmədovu ölüncə döyənlər ksenofob "Ağ Rusiya" (Belaya Rus) təşkilatının üzvləridir. Məhkəmə isə onları "sərxoş xuliqanlar" kimi səciyyələndirib. V.Məmmədovu xəstəxanaya yerləşdirməkdən boyun qaçıran həkimlərə gəldikdə isə, bu üç səhiyyə işçisinə qarşı qanunvericiliyn nəzərdə tutduğu ən sərt cəza verilməlidir. Belə ki, azərbaycanlı Məmmədov məhz onların cinayətləri nəticəsində ölüb. Ekspertiza bildirir ki, əgər Məmmədova vaxtında təcili yardım göstərilərək, reanimasiyaya yerləşdirilsəydi, onu ölümdən xilas etmək mümkündü", - V.Baratov deyib. Bu arada Rusiyanın Yekaterinburq şəhərində sərnişinini qarət etmiş azərbaycanlı taksi sürücüsü həbs olunub. "Sova" Ymumrusiya Hüquqi Yardım Mərkəzindən verilən məlumata görə, günorta saatlarında azərbaycanlı S.Ağayevin idarə etdiyi maşına yaxınlaşan 43 yaşlı Qriqori Nemçukov şəhərin cənub səmtinə yollanmaq istədiyini deyib. S.Ağayev onu maşına oturdub və yola düzəlib. Bir qədər sonra isə maşın dayanıb və ora arxa oturacağa iki azərbaycanlı da əyləşib. Maşını deyilən yerə sürmək əvəzinə, şəhər kənarındakı meşə massivinə yollanan S.Ağayev burada "dostları"nın köməyi ilə müştərini qarət edib. Q.Nemçukovun pulları, mobil telefonu və gödəkçəsi əlindən alınıb. Quldurların maşının dövlət nömrə nişanını görən Nemçukov az sonra milisə zəng vurub. Yekateriburq milisi də şəhərdə "Ələkeçirmə" əməliyyatı elan edib, 3 saat sonra S.Ağayev və onun "dostları" yaxalanıb. Axtarış zamanı onların üstündən oğurlanmış mobil telefon, habelə Nemçukova məxsus 40 min rubl tapılıb. İfadə verərkən S.Ağayev bildirib ki, V.Nemçukovu yaxşı tanıyır: "Bu adam bizə borcludur. 2 min rublu qaytarmaq istəmədiyi üçün ondan borcumuzu tələb etdik. Vitali də pulunun olmadığını deyərək əvəzində gödəkçəsini və mobil telefonunu təklif etdi. O 40 min rubldan da xəbərimiz yoxdur". Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar