SON XƏBƏRLƏR

ABŞ-ı kim idarə edir?

2021.10.20, 07:36
ABŞ-ı kim idarə edir?

Gunaz.tv
ABŞ-ı kim idarə edir? ABŞ tarixi boyunca etnik tərkibdə nəhəng dəyişikliklər baş versə də, ölkənin siyasi, inzibati, iqtisadi hakimiyyətinə ingilis-şotland mənşəli amerikalılar nəzarət edib. Təbii ki, ölkədə söz və ya əməllə istənilən formada irqi və ya milli ayrı-seçkilik yasaqlanıb, bu qanuna da çox ciddi şəkildə əməl olunur. Məsələn, orada zənciyə zənci demək olmaz. Təhqirdir, cinayətdir - eybəcən "afroamerikalı" söyləməlisən, vəssəlam. Özü də Amerikada ayrı-seçkiliklə tək sırf humanitar dəyərlərə görə yox, ölkədəki mövcud quruluşu saxlamaq üçün mübarizə aparırlar. Multimilli cəmiyətin birinci, ikinci, üçüncü və s. siniflərə bölünməsi ölkəni məhv edə bilər. Və bu təhlükənin əndişəli təzahürləri 1960-cı illərdə "qara bəbirlər, yəni qara terrorçular vaxtı aşkar şəkildə üzə çıxmışdı. Hakimiyyət də o terroru amansızcasına məhv etdi, yüzlərlə zəncini güllələdi. Bununla belə, zəncilərin ayrı-seçkiliyə məruz qalma halları ilə də sərt mübarizə başlandı. Sonra bu halların kökü kəsildi, zənci terrorçuların da təşkilatlanma imkanları tükəndi. Fəqət ayrı-seçkiliklə nə qədər mübarizə aparılsa da, heç bir peşədə bərabər təmsilçilik yoxdur. Məsələn, ABŞ-da axtarsan, çoxlu zənci şahmatçı, ya da ağ boksçu və ya atlet tapa bilməzsən. Amma elə peşələr var ki, onlarla hamı məşğul olur. Biznes və siyasət kimi. Burada da milli-proporsional təmsilçilik yoxdur. ABŞ-ın 400 ən varlı iş adamının siyahısına baxaq. Koreyalı, zənci, fars, kubalı, çex, rus, bask, kürd, erməni, polyak; hər birindən iki nəfər olmaqla meksikalı və fransız; 3 holland və 3 isveçli; 4 hindus və 4 livanlı ərəb; 5 yunan, 6 çinli, 8 irland, 15 italyan, 18 alman. Və 148 yəhudi, yerdə qalan 172 nəfəri də anqloamerikalı. İri şirkətlərin rəhbərliyində isə anqloamerikanlar 80% təşkil edir. Birləşmiş Ştatların siyaksi elitasına gələndə isə, mənzərə fərqlidir. Hər ştatdan ikisi olmaq şərtilə 100 senator və Nümayəndələr Palatasının 435 üzvü. Onların arasında danimarkalı, slovak, hindus, serb, xorvat, erməni, norveçli, 2 çinli, 2 litvalı, 3 portuqal, 4 Puerto-Rikolu, 4 sloven, 4 livanlı ərəb, 4 yapon, 5 yunan, 5 fransız, 6 kubalı, 6 isveçli, 7 polyak, 19 meksikalı, 20 alman, 40 zənci (Senatda ancaq Barak Obama), 46 yəhudi, 70 irland, 281 anqloamerikalı və şotland. Göründüyü kimi, seçicilərin cəmi 25%-ni təşkil edən anqloamerikanlar səs verəen vətəndaşların yarıdan çoxunun maraqlarını təmsil edir. ABŞ-ın 50 qubernatoru: 2 yəhudi, 2 polyak, 2 zənci, 4 italyan, 6 irland, 6 alman, 20 anqloamerikan. Və ən nəhayət, prezident Corc Buşun hökuməti, yəni prezident və vitse-prezident də daxil olmaqla 23 nəfər. Danimarkalı, kubalı, çinli, zənci, 2 alman, 4 yəhudi, başda Buş və Çeyni olmaqla 13 anqloamerikalı. Ali bürokratiyanın digər strukturlarında da anqloamerikalıların üstünlüyü eyni səviyyədədir. Çünki burada anlşalımaz heç nə yoxdur. İş, heç də "ari" anqlosaksların digər millətlər üzərindəki "üstünlüyü"ndə deyil. Bəli, ABŞ demokratik ölkədir. Bəli, ABŞ hüdudsuz imkanlar məmləkətidir və 400 ən varlı amerikalının siyahısına baxanda onların yarıdan çoxunun öz əməkləri hesabına varlandığını görürük. Bəli, ABŞ mühacirlər diyarıdır. Sabiq dövlət katibləri Henri Kissencer və Medlin Olbrayt, prezidentin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski, Kaliforniyanın qubernatoru Arnold Şvartsnegger, dövlət katibinin indiki müavini Con Neqroponte və s. - siyahını xeyli uzatmaq olar. Amma bütün bunlara rəğmən, ABŞ-ın hakim elitası sülaləli, dvoryandır. Amerikalılar Britaniyadan örnək alırlar. Demokratiya+sülalə elitası=dayanıqlı siyasi sistem. Bu mexanizmin necə işlədiyi də məlum. Özəl məktəblər, universitetlər, "mamır liqası", "Fi Beta Kappa" cəmiyyəti, qapalı klublar: belə "hörümçək toru"nu "yad milçək" çətinliklə keçir. Keçərsə, deməli layiqdir və onu demokrat dvoryanlar öz sıralarına qəbul edərək elitanı gücləndirirlər. Orada qeyri-rəsmi, amma çox möhkəm əlaqələr var. ABŞ Senatını götürək. 100 senatordan 5-nin ataları senator, ikisinin atası isə qubernatordur. Prezidentliyə namizəd Con Makkeynin babası və atası admirallardır. Ağla gələn ilk adı xatırlayıram. Senator Doul - atası senator və prezidentliyə namizəd. Senatorlar arasında Rokfeller, Kennedi, Klinton kimi məşhur soyad daşıyıcıları var. Əlqissə, 100 senatordan ən azı 20-i ölkənin ali siyasi elitasına mənsubdur. ABŞ-ın indiki prezidenti Corc Buş əvvəlki prezident Corc Buşun oğlu, senatorun nəvəsi, bankirin nəticəsidir. ABŞ-ın ikinci prezidenti Con Adams 6-cı prezident Corc Adamsın atası, 9-cu prezident Uilyam Harrison isə 23-cü prezident Bencamin Harrisonun babası idi. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar