SON XƏBƏRLƏR

Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb

2021.10.20, 07:36
Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb

Gunaz.tv
Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb [ 01 Noyabr 2008 14:40 ] Kiyev – APA. Ukraynanın iri kabel televiziya operatoru noyabrın 1-dən Rusiyanın 4 telekanalının ölkə ərazisində yayımını dayandırıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Kiyevdə abunəçilərin 80%-nə xidmət göstərən “Volya” şirkətindən bildirilib ki, Rusiyanın “Pervıy”, “Rossiya”, TV Stentr və Ren TV telekanallarının yayımı bu gündən dayandırılıb. Kanalların yayımı dayandırılarkən Ukrayna Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərar əsas götürülüb. Belə ki, Milli Teleradio Şurası verilişləri Ukrayna dilinə tərcümə olunmayan əcnəbi telekanalların yayımının noyabrın 1-dən dayandırılması barədə qərar çıxarıb. Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov telekanalların Ukrayna ərazisində yayımının bərpasına nail olacaqlarını bildirib: “Biz Ukraynada yaşayan rusdilli əhalinin hüquqlarının pozulmaması üçün lazımi addımları atacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar