SON XƏBƏRLƏR

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri görüşüb

2021.10.20, 07:36
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri görüşüb

Gunaz.tv
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri görüşüb 01.11.2008 Oktyabrın 31-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun görüşü olub. Mətbuat üçün qapalı keçən danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin Qonaq zalında baş tutub. Noyabrın 1-də isə nazirlərə ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşulacaq. Onlar noyabrın 2-də keçiriləcək prezidentlərin görüşünə dair məsləhətləşmələr aparacaqlar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar «3+3» formatı üzrə keçiriləcək. Yəni üç ölkənin prezidentinin görüşü Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin iştirakı ilə baş tutacaq. / ANSPress /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar