SON XƏBƏRLƏR

AMERİKADA PREZİDENTİ SEÇMƏK ÜÇÜN NÖVBƏ

2021.10.20, 07:36
AMERİKADA PREZİDENTİ SEÇMƏK ÜÇÜN NÖVBƏ

Gunaz.tv
AMERİKADA PREZİDENTİ SEÇMƏK ÜÇÜN NÖVBƏ Əgər dərisinin rəngi mane olmasa, Obamanın qalib gələcəyinə şübhə yoxdur ABŞ-da noyabrın 4-də keçiriləcək prezident seçkilərində erkən səs vermə hüququndan istifadə edənlər səsvermə məntəqələrinin qarşısında uzun növbələr yaradırlar. CNN telekanalının xəbərində deyilir ki, bəzən seçicilər növbələrdə 5 saatdan çox gözləməli olurlar. Bu növbələrə əvvəlcədən hazırlaşan seçicilər özləri ilə oxumağa kitab, çimərlik stulu gətirir və səbrlə növbələrinin çatmasını gözləyirlər. Hələlik oktaybrın 31-də başa çatacaq erkən səsvermədə yaranan bu fəallığın səbəbi məlum deyil, lakin müşahidəçilər deyirlər ki, amerikalılar ölkənin üzləşdiyi ağır problemlərdən xilas edilməsi üçün bu seçkilərə şans kimi baxırlar. Amerika qanunlarına görə, istənilən şəxs səsvermə günü başqa vacib işi olduğunu əsaslandıraraq erkən səs verə bilər. Bu hüquqdan artıq Corciya ştatının 5.6 milyon seçicisindən 1.2 milyonu iştifadə edib. Virciniya ştatında da seçicilərin 20 faizi artıq səs verib. Məlumata görə, Florida ştatında seçki məntəqələrinin qarşısında yaranmış uzun növbələrlə bağlı respublikaçı qubernator Çarli Krist səsvermə vaxtını uzatmaq haqda qərar verib. Lakin respublikaçılar onu tənqid edərək qubernatorun demokratların qələbəsinə şərait yaratdığını deyiblər. Çünki ehtimal var ki, indidən növbələrə düzülüb səs vermək istəyənlər məhz Obamanın tərəfdarlarıdır. Bununla belə, qubernator qərarın icrası üçün Florida ştatında fövqəladə vəziyyət elan edib, indi seçicilər növbələrdə 40 dəqiqədən çox dayanmır. Son rəy sorğularına görə, Barak Obama rəqibi Con Makkeyni 4-8 faiz qabaqlayır, üstəlik, aparıcı ştatlarda onun reytinqi daha yüksəkdir. Bununla belə, son günlər Makkeynin rəqibi ilə aralarındakı fərqi azaltmağa başladığı müşahidə olunur. Bunu görən Obama televiziyalarla reklam roliklərinin yayımlanmasını artırıb. İndi CNN, CBS və Fox televiziyaları sutkanın əsas vaxtlarında Obamanın yarım saatlıq reklam çarxını nümayiş etdirirlər. Seçkilərdə Obama favorit görünsə də, onun sürpriz şəkildə məğlub olacağını deyənlər də var. Belə ki, ekspertlər Obamanın dərisinin rənginə görə məğlub olacağını istisna etmirlər. Çünki müəyyən qrup seçici var ki, üzdə ona səs verməyi qəbul edir, ancaq əslində rasist mövqedədir və səsvermə günü Obamaya yox, rəqibinə səs verəcək. Lakin belə görünür ki, amerikalıları indi prezidentin dərisinin rəngindən çox üzləşdikləri iqtisadi problemlər narahat edir. Ona görə də onlar istər-istəməz Buş siyasətinin davamçısı kimi görünən Con Makkeyndənsə Amerikaya böyük dəyişikliklər vəd edən Obamaya üstünlük verəcəklər. F.MƏMMƏDOV 94 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar