SON XƏBƏRLƏR

RƏŞİD HACILI HESAB EDİR Kİ, XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏDƏ XEYLİ DOLAŞIQ MƏQAM VAR

2021.10.20, 07:36
RƏŞİD HACILI HESAB EDİR Kİ, XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏDƏ XEYLİ DOLAŞIQ MƏQAM VAR

Gunaz.tv
RƏŞİD HACILI HESAB EDİR Kİ, XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏDƏ XEYLİ DOLAŞIQ MƏQAM VAR 2008-10-31 - 15:51:00 Media Hüqüqu İnstitutunun rəhbəri Rəşid Hacılı xarici radiostansiyaların sərbəst yayımının dayandırılacağı barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin açıqlamasına münasibət bildirərkən deyib ki, burda hüquqi baxımdan xeyli dolaşıq məqam var: «Burda hansısa mövqenin tam qanuni, yaxud qanunsuz olduğunu birmənalı şəkildə demək çətindir». Rəşid Hacılı R.Hacılı fikrini belə əsaslandırıb ki, həqiqətən də qanunvericilikdə xarici qurumların Azərbaycanda televiziya və radio yayımı ilə məşğul olmasına məhdudiyyətlər var. Bununla yanaşı ekspert xatırladıb ki, hazırda milli tezliklərdən çıxarılması nəzərdə tutulan xarici radiolara bir il əvvəl lisenziyalar verilib və həmin radiolar artıq neçə ildir ölkədə yayımlanır: «Bununla da Milli Teleracio Şurası əslində onların yayım hüququnu tanıyıb. Lisenziya veriləndən sonra heç bir məntiqə sığmır ki, onu hansısa formada geri alasan». Azərbaycanda fəaliyyət göstərən xarici radioların redaksiyalarında, yerli nümayəndəliklərində çox peşəkar jurnalistlərin çalışdığını, onların balanslaşdırılmış və obyektiv informasiyalar yaydığını deyən R.Hacılı hesab edir ki, hansısa formal mülahizələri, mübahisəli məqamları ortaya qoymaqla lisenziyaların ləğvi bütün hallarda qanun pozuntusu kimi qimətləndirilməlidir. Sonda Media Hüqüqu İnstitutunun rəhbəri onu da bildirib ki, o, Milli Teleradio Şurasının xarici radioların sərbəst yayımını dayandırmaq haqda qərar verəcəyinə o qədər də inanmır: «Bu, artıq siyasi məsələdir və onun bir nəfərin istəyi, bir qurumun qərarı ilə həll olunacağına inanmıram». «Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar