SON XƏBƏRLƏR

İRANIN İQTİDARYÖNLÜ SAYTI AZƏRBAYCAN TELEKANALLARINI TƏNQİD EDİB

2021.10.20, 07:36
İRANIN İQTİDARYÖNLÜ SAYTI AZƏRBAYCAN TELEKANALLARINI TƏNQİD EDİB

Gunaz.tv
İRANIN İQTİDARYÖNLÜ SAYTI AZƏRBAYCAN TELEKANALLARINI TƏNQİD EDİB 2008-10-31 - 17:40:00 Oktyabrın 31-də İranın «Asriran.com» iqtidaryönlü saytında Azərbaycan Respublikası telekanllarının İranın Şərqi Azərbaycan əyalətinin əhalisinə qəbahətli verilişlər yayması barədə yazı yerləşdirilib. «Media forum» saytının məlumatına görə, yazıda Azərbaycandan yayılan verilişlərin Şərqi Azərbaycanda ailələrin narahatlığına səbəb olduğu vurğulanır: «Azərbaycan Respublikası telekanalları yeritdikləri açıq-aşkar bir siyasət əsasında bayağı və qəbahətli verilişlərin yayımını gücləndiriblər. Bu telekanalların verilişlərinə Şərqi Azərbaycan əyalətinin sərhədyanı şəhərlərində adi bir antena ilə baxmaq mümkün olduğundan məsələ ailələrin ciddi narahatlığına səbəb olub». Yazıda Azərbaycan hökumətinin İran seriallarının respublika telekanallarından yayımına qadağa qoyduğundan da giley yer alır: «Azərbaycan hökuməti İran seriallarının bu ölkə telekanallarında yayımına qadağa qoyandan sonra telekanallar qəribə bir təşəbbüs göstərərək qəbahətli filmlər yaymağa üz gətiriblər. Vaxtilə bu ölkənin bir sıra telekanalları, o cümlədən də «ANS» İranın istehsal etdiyi serialları yaymasına baxmayaraq bu gün açıq-aşkar tam başqa bir siyasət yeridərək qəbahətli verilişlər yaymaqla İranın sərhədyanı şəhərlərindəki gənclərimizə təsir göstərməyə çalışırlar». Oktyabrın 14-də də İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı «tabnak.ir» saytında Azərbaycanın üç telekanalında İran istehsalı olan teleserialların efirə buraxılmasına qadağa qoyulduğu barədə yazı yerləşdirilmişdi. Məlumatda nə televiziyaların, nə də efirə getməsinə qadağa qoyulduğu iddia edilən serialların adı çəkilmişdi. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar