SON XƏBƏRLƏR

ABŞ SƏFİRLİYİ: «AMERİKANIN SƏSİ», «AZADLIQ» və BBC RADİOSTANSİYALARI AZƏRBAYCANA BÖYÜK TÖHFƏLƏR VERİB

2021.10.20, 07:36
ABŞ SƏFİRLİYİ: «AMERİKANIN SƏSİ», «AZADLIQ» və BBC RADİOSTANSİYALARI AZƏRBAYCANA BÖYÜK TÖHFƏLƏR VERİB

Gunaz.tv
ABŞ SƏFİRLİYİ: «AMERİKANIN SƏSİ», «AZADLIQ» və BBC RADİOSTANSİYALARI AZƏRBAYCANA BÖYÜK TÖHFƏLƏR VERİB 2008-10-31 - 19:32:00 ABŞ-ın Azərbaycandakı səfirliyi «Media forum» saytının sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Azərbaycanda xarici radioların milli tezliklərdə yayımının dayandırılacağına dair açıqlamasına münasibət bildirib. Səfirliyin cavabında qeyd edilir ki, onlar xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı rəsmi qərarı hələ görməyiblər: «Lakin bu məsələ ilə əlaqədar Azərbaycan hökumətindən vəziyyəti aydınlaşdırmaq məqsədilə məlumatın təqdim olunmasını xahiş edəcəyik. Demokratik dövlətlərin açıq və müxtəlifliyi ilə seçilən media mühitinə ehtiyacı var. «Amerikanın səsi», «Azadlıq» və BBC radiostansiyaları Azərbaycanda ictimai debatlar və anlaşma məkanının genişlənməsi üçün böyük töhfələr verib». Milli Teleradio Şurasının sədri N.Məhərrəmli bu gün «Media forum»a deyib ki, 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst yayımı dayandırılacaq, onlara verilmiş tezliklər geri alınacaq, nəticədə xarici televiziya və radiolar Azərbaycana yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlana biləcək. N.Məhərrəmlinin sözlərinə görə, şura təxminən bir ay sonra xarici yayımların milli tezliklərlə yayımlanmasına qadağa qoyan qərar qəbul edəcək və xarici radiostansiyalara məxsus milli tezlikləri müsabiqəyə çıxaracaq. Azərbaycanda miili tezlikdə üç xarici radiostansiya yayımlanır - «Amerikanın səsi», «Azadlıq» və BBC. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar